hemle

Yevlaxda baş verən yol qəzasında ölən və yaralananlar var

Tarix:14-04-2018, 13:49
Baxış Sayı:512

Aprelin 14-də gecə saatlarında Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 286-cı kilometrliyində Yevlax ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Ford Transit” markalı “01-BM-681” dövlət qeydiyyat nişanlı avtomobillə “KamAZ” markalı “09-BC-050” dövlət qeydiyyat nişanlı yük maşınının toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Mirzəyev Emin İlham oğlu ölüb. İki nəfər müxtəlif bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölən və yaralananlar “Ford Transit” markalı avtomobildə olanlardır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
15:56 Məktəbli formaları ilə bağlı YENİLİK
15:53 Bu tarixdə qısa iş günü olacaq
15:45 "Azpulmat" - sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
15:43 Sabah leysan yağacaq, güclü külək əsəcək
15:39 Ukrayna Rusiyanın strateji bazalarını bu məqsədlə vurub: Moskvanın cavabı necə olacaq?
15:36 Adı gizli saxlanılır: İranın Azərbaycana təyin etdiyi yeni səfir kimdir?
15:33 İçərişəhərlə bağlı yeni məhdudiyyət
15:31 İlham Əliyev Pakistanın energetika nazirini qəbul etdi - YENİLƏNDİ