hemle

“Bu qədər Qarabağ əlilinin olması cəmiyyətdə şübhə doğurur”

Tarix:12-11-2018, 12:21
Baxış Sayı:436

“Bu gün cəmiyyətdə varlı ilə kasıb təbəqə arasında böyük uçurum var. Varlılar az, kasıb təbəqə isə çoxdur. Biz bu fərqin aradan qaldırılması yollarını düşünməliyik”.

Bunu deputat Yaqub Mahmudov parlamentdə büdcə müzakirələri zamanı deyib. O sual edib ki, bugünkü minimum əməkhaqqı ilə bazardan səbəti doldurmaq mümkün ola bilərmi?: “Təbii ki, yox. Ona görə də minimum əməkhaqqı qaldırılmalıdır və bu bizi düşündürməlidir”.

Qarabağ müharibəsi əlilləri ilə bağlı problemə toxunan Y. Mahmudov Qarabağ döyüşlərində iştirak etdiyini qeyd edərək bildirib ki, bu gün Qarabağ müharibəsinin əlillərinin sayı reallığı əks etdirmir: “Elə adamlar var ki, onları tanıyıram. Onlar heç Qarabağı tanımırlar, ancaq müharibə veteranı və əlililidir. Çünki bu qədər Qarabağ əlilinin olması cəmiyyətdə şübhə doğurur. Biz ələ baxımlılıqdan qurtulmalıyıq. Hamı bir yolla dövlətdən bir yolla qopartmağa çalışır. Bunun qarşısı alınmalıdır. Milləti işləməyə öyrətməliyik. Əlilliklə, zəlilliklə dövlətdən qoparmaqdan xilas olmalıyıq. Ayağımızı yorğanımıza görə uzatmalıyıq. Amma yorğanın altında da nə baş verdiyini bilməliyik”.

Azər Azadzadə Atəs.

Digər xəbərlər
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
09:52 Bu müəllimlərin maaşı ARTIRILDI - MƏBLƏĞ
09:45 Türkiyədən COP29-a neçə nəfər gəlib? - Nazir AÇIQLADI
09:43 Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
09:40 "Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
09:36 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
09:33 Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR