hemle

QƏBRI XRISTIAN MƏZARLIĞINDA TAPILDI

Tarix:10-11-2018, 14:33
Baxış Sayı:647

Türkiyədə yaşayan jurnalist Könül Şamilqızı Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla (Vanda xanım) xanımın məzarını tapıb.

Yenicag.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Daha əvvəl maraqlanmışdım və mənə Vanda xanımın Esri məzarlığında xristian bölməsində dəfn edildiyini və zamanın qanunlarına görə, kimsəsi olmadığı üçün məzarın yerini belə bilmədiyini demişdilər. Abbasqulu Kazımzadeənin məzarıyla bağlı bir şey öyrənmək ümidiylə əvvəlcə Cebeci Askeri Şehidliyinə getdim. Şəhidlik müdiri sağ olsun, bütün qeydləri çıxartdı, baxdı, yoxuydu. Oradan yenə bir ümidlə Esri mezarlığına gəldim. Mən gələnə qədər şəhidlik müdiri onları da aramışdı, sağ olsun. Axtardılar, dəftərləri çıxartdılar, 47-ci il qeydlərində Abbasqulu Kazımzadə yoxdu. Bu arada söhbət edərkən Zeynəb xanıma Rəsulzadənin xanımının məzarının da Esri Məzarlığında olduğunu, amma tapılmadığını dedim. “Biz onu bulduk” dedi. Həyəcandan nəfəsim kəsiləcək kimi oldum. Dəqiqləşdirməyə çalışdım.

Bunları dedi:

“Daha əvvəl də bizdən soruşdular. “Xristian məzarlığındadır, amma kimsəsi olmdığı üçün yəqin itib”, – cavabını vermişdik. Çünki dəftərlərdə Vanda adlı birisinin məzarı qeyd olunmayıb. Bilgisayarda da yoxdur. Sonra yenə birisi zəng etdi, sordu, mən yenə “yoxdur” dedim. O zəngdən sonra dəftərləri tökdüm, onu dəftərlərin birində – xristian bölümündə tapdım. Amma Vanda deyil, Leyla Rəsulzadə kimi orada qeyd olunub. Arayan adamın nömrəsini almamışdım deyə məlumat verə bilmədim. Çox da üzüldüm”.

Rəsulzadənin xanımının qəbri xristian məzarlığında tapıldı - FOTOLAR

Zeynəb xanım dəftəri göstərdi, fotosunu çəkdim. Məzarın yerini soruşdum. “504 ada 55 parsel” dedi. Məzarlıq amiri Erol Güngör bəy sağ olsun, “Sen bulamazsın, gel gidelim”, – dedi. Çünki iki 55 parsel var – torpaq məzarlar ve beton məzarlar olan. Leyla Rəsulzadenin məzarı beton məzarlar olan hissədədir. Erol bəylə məzara getdik. Başdaşı yoxdu, qırılıb. Məzar durur. Üzərində Leyla xanıma aid olduğunu göstərən heç nə yoxdu. Amma Erol bəy “kütükler de, hristiyan bölümü olması da, tarix de, sol ve sağındakı mezarların üstünde olan iller de örtüşür, başqası olma ehtimalı yoxdu”, – dedi. Bunları paylaşmağı lazım bildim, sonrası tarixçilərin işidir. Mən əlimdən nə gəlirsə etməyə hazıram.

Rəsulzadənin xanımının qəbri xristian məzarlığında tapıldı - FOTOLAR

İdarəyə getməmişdən öncə böyük Məmməd Əmin Rəsulzadənin məzarını ziyarət etmişdim. Leyla xanımın məzarını tapınca bir də qayıtdım. “Rahat yat, səndən qalan hər şeyi tapacağıq, sahib çıxacağıq, səni sevdiyimiz kimi sevəcəyik”, deyə Şamil qızı qeyd olunub.

Azər Azadzadə Atəs

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir