hemle

MƏNİ AZƏRBAYCAN BAYRAĞI İLƏ DƏFN EDİN

Tarix:10-11-2018, 14:24
Baxış Sayı:532

O, ailəsi ilə birlikdə mühacirətə üz tutanda cəmi iki yaşı var idi. Bu balaca qızcığaz sonralar Türkiyənin ən məşhur həkimi olacaq Şəfiqə xanım Ataman idi. Böyük bir nəslin layiqli davamçısı olan Şəfiqə xanım Ataman 28 iyul 1916-cı ildə İravan yaxınlığındakı Dərəçiçək mahalında dünyaya göz açmışdı.

Şəfiqə xanımın anası Ruqiyyə xanım, atası Məmməd Əlibəyzadə idi. Məmməd bəy Dərəçiçək mahalında böyük nüfuz sahibi olmaqla yanaşı, həm də ermənilərə layiqli cavab verməyi bacaran cəsur bir insan idi. 1905-ci ildə erməni hücumlarının qarşısının alınmasında fəallıq göstərən Məmməd bəy təqib edilirdi. Dərəçiçək mahalında böyük hörmət sahibi olan Məmməd bəyi aradan götürmək üçün erməni daşnakları hər vasitəyə əl atırdılar.

Məmməd bəy təqiblərdən yaxa qurtarmaq üçün ailəsini də götürərək qardaş Türkiyəyə mühacirətə getməyi üstün tutur. Türkiyəyə gəldikdən bir qədər sonra Məmməd bəy türk ordusunun tərkibində qurtuluş savaşında iştirak edir.

Məmməd bəy Qars valisi təyin edildikdən sonra erməni və ingilis qoşunlarının qarşısının alınması üçün mübarizəyə başlayır. Lakin o kiçik bir dəstə ilə pusquya düşərək əsir götürülür. Məmməd bəy Maltaya sürgün edilir.1921-ci ildə Maltadan İstanbula gələn Məmməd bəy burada Mustafa Kamal Paşa ilə görüşür. Məmməd bəy qızı Şəfiqəni də götürərək 1922-ci ildə Gümrüyə gedir.

Şəfiqə xanım 1949-cu ildə Azərbaycan Mədəniyyət Assosiasiyasının yaranmasında yaxından iştirak edir, Məhəmməd Əmin Rəsulzadə ilə mütəmadi görüşürdülər. Həyat yoldaşı Həmid Atamanın Məhəmməd Əmin Rəsulzadə ilə dostluğu bu ailələri daha da birləşdirmişdi.

Almaniyada Tibb Universitetini bitirən Həmid Ataman Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edilməsindən sonra Azərbaycana qayıtmamış, qardaş Türkiyədə qalmağa məcbur olmuşdu. Məmməd Əmin Rəsulzadə 1948-ci ildə Ankaraya gələndən sonra Həmid Atamanla tez-tez görüşür və bu görüşlər adətən Həmid bəyin evində baş tuturdu.

Türkiyənin məşhur həkimi olan Şəfiqə xanım Ataman 3 mart 2002-ci ildə haqq dünyasına qovuşdu. Ölümündən az əvvəl qızına öz vəsiyyətini də etməyi unutmadı Şəfiqə xanım: “Məni Azərbaycan bayrağı ilə dəfn edin…”

Azər Azadzadə Azər

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan