hemle

Məmməd Hacızadə - O gecə qaranlıq çökmüşdü yerə ... ATƏŞ.AZ

Tarix:19-01-2017, 20:08
Baxış Sayı:1 830

O gecə qaranlıq çökmüşdü yerə,
Tarix milyon kərə təkrarlanırdı..!
Bulud yaşmağını örtdü göylərə
Ulduz utanırdı,ay utanırdı.

Körpələr üstünə tank yeriyirdi,
Qanlı gölməçələr addımbaşıydı..
O soyuq gecədə buz əriyirdi,
Donan gözlərdəki acı yaşıydı!

Elə bil göylərdən od ələnirdi
O qorxunc gecədə,qorxunc axşamda.
Yardımçı həkimlər güllələnirdi
Yaralı dadına çatan məqamda.

Ərşə ucalmışdı ana fəryadı,
Hər yan dəhşət idi,hər yan ah-fəğan..
Bir namus sözüydü şəhidlik adı
Oğullar vətənçün keçirdi candan!

Azadlıq bayrağı yüksəltmək üçün
İçdilər ağını şəhidlərimiz.
Öz şəhid qanıyla suvardı o gün
Vətən torpağını şəhidlərimiz.

Xalqımın qəddini əydilər o gün,
Qıra bilmədilər iradəsini!
Xalq üçün vətəndir canından üstün,
Kimsə boğa bilməz haqqın səsini.

Digər xəbərlər
09:28 300 minə yaxın insanın Məkkəyə girişi QADAĞAN EDİLDİ
09:25 Pensiya yaşına görə G20 REKORDU MÜƏYYƏNLƏŞDİ
09:19 Azərbaycanda bu telekanalın yayımı dayandırıldı
09:16 Əhaliyə XƏBƏRDARLIQ: 1000 kilometr sürətlə YERƏ YAXINLAŞIR
09:12 Alça yedikdən sonra bunlara diqqət edin
21:46 Heydər Əliyev Mərkəzinin parkında rəngarəng Uşaq festivalı
21:37 Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir
21:34 Kazinoların fəaliyyətindən əldə edilən dividentlər - Milyonlarla turist, büdcəyə ödənilən vergilər...