hemle

Məktəblər açılır, metronun fəaliyyəti bərpa oluna bilərmi? - AÇIQLAMA

Tarix:23-01-2021, 11:03
Baxış Sayı:316

Orta məktəblərin və digər sahələrin mərhələli şəkildə açılması Bakıda nəqliyyatın yükünü xeyli artırmış olacaq.

Bunu Trend-ə nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

Ə.Hüseynov bildirib ki, qarşıda gələn həftələr ərzində Azərbaycanda xüsusi karantin rejiminin yumşalmaları həyata keçiriləcək: “Kifayət qədər yumşalmalar həyata keçiriləcək və ümid edirik ki, bu, virusun artmasına səbəb olmayacaq.

Bu yumşalmalar o deməkdir ki, sosial aktivlik artacaq, hərəkətlilik, mobillik artacaq. Belə olan halda Bakıda avtobuslar bunun öhdəsindən gəlməkdə çətinlik çəkəcək. Buna görə də metronun da açılması zərurəti yaranır. Ona görə də, əgər yumşalmalar həyata keçirilirsə, növbəti yumşalmaların birini də metropolitenin işinin bərpa olunması məqsədəuyğun olar. Hər halda buna zərurət yaranıb”.

Qeyd edək ki, Nazirlər Kabinetinin karantin rejiminin yumşaldılması il bağlı qərarında bildirilirb ki, hazırda metronun qapalı qalması ilə bağlı qərar qüvvədədir.

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ