hemle

AZƏRBAYCANDA PENSİYA VƏ MAAŞLAR ARTACAQ? — AÇIQLAMA

Tarix:4-05-2020, 23:07
Baxış Sayı:379

Xəbər verdiyimiz kimi, Azərbaycanda karantin rejimi mayın 31-nə qədər uzadılıb. Bəs, karantin rejimi bitdikdən sonra Azərbaycanda pensiya və əməkhaqqı artırılacaqmı?

ONN media bildirir ki, bununla bağlı deputat Aydın Hüseynov bildirib ki, ölkədə aparılan siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasıdır: “Dövlət büdcəmizin 40 faizə qədəri sosial təyinatlı xərclərdir. 2019-cu ildə əməkhaqqı, əmək haqqına tutulan xərclər, təqaüdlər və pensiyalar önəmli şəkildə artırıldı. Biz 4.2 milyon insanı əhatə edən böyük sosial zərfin şahidi olduq.

Xatırlayırsınız ki, cənab prezident bildirmişdi ki, bu kimi əməkhaqqların və pensiyaların artımı növbəti illərdə də davam edecək. Mən hesab edirəm ki, növbəti mərhələlərdə əməkhaqqının və pensiyaların artımı həyata keçiriləcək. Təbii ki, bu sistemli xarakter daşıyır. Baxmayaraq ki, dünyada iqtisadi gərginlik baş verir. Ölkə başçısı bildirib ki, dünyada gedən iqtisadi böhrana baxmayaraq Azərbaycanda sosial layihələr ixtisar olunmayacaq. Sosial tədbirlər proqnozlaşdırılmış formada öz həllini tapacaq. Bəli, növbəti mərhələlərdə orta əməkhaqqının və pensiyaların artırılmasını gözləyirik”.(sonxeber.az)

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı