hemle

PENSİYA ALANLARA ŞAD XƏBƏR – GƏLƏN AYDAN…

Tarix:30-04-2020, 20:15
Baxış Sayı:519

Karantin rejimi mayın 4-də bitsə belə, pensiya, müavinət, sosial yardım, təqaüd alanlar bu vəsaitlərini may ayında da istənilən bankomatdan rüsum tutulmadan çıxara biləcəklər.

ONN media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

O deyib ki, ünvanlı dövlət yardımların ödənişi aprelin 28-də keçiriləcək. Məqsəd cari ay ərzində müraciət etmiş bütün ailələrin bu ay ərzində sosial yardımları almasına kömək etməkdir:
T
“Vətəndaşları bankomatlar qarşısında sıxlıqdan qorumaq məqsədilə istənilən bankomatdan pensiya, müavinət, sosial yardım, təqaüdü heç bir rüsum tutulmadan almaq üçün şərait yaradılıb. Bu halda onlar bütün vəsaitlərini tam şəkildə alacaqlar. Bununla bağlı razılıq xüsusi karantin rejiminin tətbiq edildiyi müddətə aiddir. Karantin rejimi mayın 4-də bitsə belə, bu, may ayında da qüvvədə olacaq. Bununla biz yenə də vətəndaşlarımızı virusa yoluxmadan qoruyuruq”.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı