hemle

Əlillərin sosial müavinəti artırılacaq?

Tarix:12-11-2018, 12:36
Baxış Sayı:475

"Əlillərin sosial müavinətinin artırılması ilə bağlı növbəti ildə tədbirlər keçiriləcək. Onların məbləği kapitaldan asılı deyil, fiks rəqəmlə ifadə olunur. Biz həmin vəsaitin artırılması ilə bağlı ciddi addım atacağıq”.

Bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev parlamentdə deyib. O , vurğulayıb ki, əlillər daim diqqət mərkəzindədir: "Bizim pensiya sistemimiz sığorta prinsiplərinə əsaslanır. İstəyir əlil və ya yaşa görə, ya da ailə başçısını itirməyə görə pensiyaya çıxan olsun, pensiya fərdi şəxsi hesabda toplanılan məbləğdən asılı olaraq təyin edilir . Əlillər də bu kateqoriyadan olan şəxslərdir. Sadəcə fərq odur ki, onlar əlillik səbəbindən pensiyaya çıxırlar. Həmin şəxsin fərdi hesabında nə qədər vəsait toplanıbsa, ona uyğun da pensiya alır. Burada sığorta prinsipləri nəzərə alınmalıdır. Bizim əlillərimiz pensiya ilə yanaşı, müavinət də alırlar. Əlillərin sosial müavinətinin artırılması ilə bağlı növbəti ildə tədbirlər keçiriləcək. Onların məbləği kapitaldan asılı deyil, fiks rəqəmlə ifadə olunur. Biz həmin vəsaitin artırılması ilə bağlı ciddi addım atacağıq”.

Azər Azadzadə Atəs.

Digər xəbərlər
21:49 Ev "apteçka"sındakı 5 ən təhlükəli dərman AÇIQLANDI
21:44 Sərhəddə nə baş verir? - Tovuz rayonu istiqamətində..
21:42 "Kartdan karta" köçürmə edənlərin DİQQƏTİNƏ
21:39 “Hər iki dəqiqədə bir hamilə qadın ölür”: ÜST-dən dəhşətli statistika
21:34 David Babayandan daha bir etiraf: Sadə pasportlarımız kimi, diplomatik pasportlar da...
21:32 Xəzərə tullantı su axıdan qurum cəzalandırıldı
21:29 İran nüvə silahı yaratmaq niyyətindən danışıb: Heç vaxt...
21:26 BMT-dən Qarabağdakı mina partlayışlarına reaksiya