hemle

Bu gün bu rayonların sakinləri pensiyalarını alacaqlar – SİYAHI

Tarix:10-04-2020, 13:24
Baxış Sayı:439

Bu gün Bakının daha dörd rayonu üzrə sakinlər pensiya alacaqlar
Turkustan.info-nun məlumatına görə, bu – Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonlarının sakinləridir.
Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq, bankomatlar qarşısında vətəndaş sıxlığının yaranmaması məqsədilə əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin, eləcə də, ünvanlı dövlət sosial yardımlarının (ÜDSY) ödəniş qrafikləri xüsusi karantin rejimi müddətinə uyğun olaraq dəyişdirilib.
Respublikanın digər rayonlarında, həmçinin, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə isə aprelin 15-də ödənilməsi müəyyənləşdirilib.
Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri aprelin 20-si və 21-i tarixlərində, ünvanlı dövlət sosial yardımı (ÜDSY) ödənişi isə 28-də təmin ediləcək.
Xatırladaq ki, Səbail, Yasamal, Binəqədi, Nəsimi və Qaradağ rayonları, eləcə də, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə ödənişlər aprelin 8-də, Nizami, Nərimanov və Xətai rayonları üzrə isə ödənişlər aprelin 9-da tamamlanıb.
Qeyd edək ki, xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişləri istənilən bankomatlardan, eləcə də, “Azərpoçt”un bankomat və ya POS-terminallarından hər hansı əlavə faiz tutulmadan əldə etmək olar. /Oxu.Az/

Digər xəbərlər
21:46 Heydər Əliyev Mərkəzinin parkında rəngarəng Uşaq festivalı
21:37 Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir
21:34 Kazinoların fəaliyyətindən əldə edilən dividentlər - Milyonlarla turist, büdcəyə ödənilən vergilər...
21:32 Bu sualda səhvlik olub - Abituriyentlərin xeyrinə hesablanacaq
21:28 Diqqətlər İstanbula köklənir - Danışıqlar bu saatda başlayacaq
21:24 Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ
21:19 Ukrayna ölümcül əməliyyata belə hazırlaşıbmış - ŞOK DETALLAR
16:05 1194-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi