hemle

Hərbi vəziyyət tətbiq edilən ərazidə KIV üçün xüsusi fəaliyyət rejimi tətbiq ediləcək

Tarix:9-11-2016, 12:40
Baxış Sayı:544

Azərbaycanda hərbi vəziyyət zamanı hərbi vəziyyət tətbiq edilən ərazidə kütləvi informasiya vasitələri üçün xüsusi fəaliyyət rejimi tətbiq ediləcək.

APA-nın məlumatına görə, bu, yenidən hazırlanmış "Hərbi vəziyyət haqqında" qanun layihəsinin 10.1.23-cü maddəsində əksini tapıb.

Maddəyə əsasən hərbi vəziyyət tətbiq edildiyi ərazidə (ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejiminin tətbiq edilməsi, qanuni əsaslar olduqda onların fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması haqqında aidiyyəti orqanlara təqdimatlar verilməsi nəzərdə tutulur.

Kütləvi informasiya vasitələrinin məlumatlarının və materiallarının hərbi senzuradan keçirilməsi, bu məqsədlə hərbi senzura orqanlarının yaradılması, sosial media, elektron yazışma, telefon və radio danışıqlarına nəzarətin həyata keçirilməsi nəzərdə tutulur.

Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər xəbərlər
16:05 1194-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
16:01 Rusiya aerodromları vurulur: 40 təyyarə məhv edildi
15:57 Smartfonunuzdakı yeddi ən təhlükəli PROQRAM
15:45 Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirildi - Yeniləndi
15:40 Güclü maqnit qasırğası müşahidə olunur - Rabitədə problemlər yarana bilər
10:25 "Qiyamət günü radiostansiyası"ndan iki sirli mesaj
10:20 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
10:18 Diş ağrısı deyib keçməyin - VACİB XƏBƏRDARLIQ