“Dinc Dünya” Araşdırma Mərkəzi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərfədaşlığı və QHT lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycanda ilk dəfə "Ekstermal jurnalistlərin təcrübə poliqon təlimlərinin öyrədilməsi" adlı möhtəşəm layihəsini başa çatdırdı.
Ölkənin 40-dan çox media nümayəndəsi iki qrupla “Dinc Dünya” Araşdırılmalar Mərkəzinin idarə heyətinin sədri, bu layihənin müəllifi Əlisafa Mehdiyevin rəhbərliyi ilə Şəmkir şəhərindəki hərbi- hissəyə yollandı. Mən də təlimalanlardan biri idim.
Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin zabiti polkovnik Nizami Əliyevin və Müdafiə Nazir¬liyinin Mənəvu Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin zabiti polkovnik-leytenant Əfqan Əliyev də işçi qrupunda idilər. Şəmkir, Tovuz, Gədəbəy, Ağstafa şəhərlərində hərbi- hissələrdə təlimlərə başladıq.
Bizi Tovuz rayonundakı hərbi-hissənin komandiri qarşıladı. Hərbi-hissənin rejim qaydaları və döyüş növlərindən söhbət etdi.
İlk təlimi səngərdə düşmənlə təmas xəttini imitasiya edən səhnədə başladıq. Tabor komandiri Xəyal Rzayev bizə hücum zamanı jurna¬listin müşahidə mövqeyini seçməsi, döyüşün izlənilməsi, özünü qoru¬ma, ilk tibbi yardımın göstərilməsi təlimini keçdi. Artilleriya batare¬yasının həyəcan siqnalı ilə qalxaraq atəş mövqeyinə hərərkət etməsi zamanı jurnalistlərin daldalanma mövqe seçmə qaydaları ilə tanış olduq.
Layihə rəhbəri Əlisafa Mehdiyevin aparıcılığı ilə “junalistin hərbiçilərlə davranma qaydaları” mövzusunda geniş diskssiya apardıq. Hərbi-hissə komandirinin təşəbbüsü ilə yüksəklikdən düşmənin döyüş postlarını müşahidə edib ilk təlim gününü başa vurduq.
İyulun 26-da Seyfəli Təlim Mərkəzində Elnur Həsənov bizə kəşfiy¬yatın növlərini, maneələri dəf etməyi; Eşad Bəşirovdan minalanmış ərazidə hərəkət etməyi, minalardan qorunmağın üsullarını öyrəndik. Zirehli texnikalarla tanış oldu. Hərəkətdə olan tankın üstündə və altında davranma təlimini aldıq.
Nahardan sonra hərbi hissənin hüquqşünası ilə hərbi sirr, dövlət sirri, məxfilik rejimi və informasıyanın qorunması mövzusunda disskusiya etdik.
Təlimin 3 cü günü – iyulun 27-də bizi maraq dolu bir sınağın gözlədiyindən xəbərsiz Gədəbəy rayonu N saylı hərb-hissəyə yollandıq. Hərbi-hissədə şəxşi heyyətlə tanışlıqdan sonra Başkənd Təlim Mərkəzi yaxınlığında bizim üçün meşədə hazırlan¬mış hərbi düşərgəyə gəldik. Nəqliyyatın hərəkət etməsi mümkün olamayan yüksəkliyə gedən yolu piyada qət etdik. Bizi kəşfiyyatçılar qarşıla¬dı. Komandamız səmtin müəyyənləşdirilməsi, ərazidə xəritəli ilə, xəritəsiz düzgün hərəkət, informasiya alma obyektinə çatıb getdiyin yolu geri sağ qayıtmaq, günəşə, aya, saata, ağaca, qarışqa yuvasına, məbədə, məzarlara və s. nəzərən səmtin təyin edilməsi ilə biliklər qazandı. Bu cür mövqelərdə jurnalistlərin bu deyilənlərə əməl etmələrinin əsas şərt olduğu söylənildi.
Əlisafa Mehdiyevin “hərbiçinin şəxsiyyət kimi formalaş¬masında komandirin əsgərlə münasibətinin xüsusi əhəmiyyəti olması” barədə məruzəsini dinlədik.
Nahardan sonra xüsusi təlimlər keçdik. Bizə döyüşlər zamanı həyatda qalma üsulları, özünü qorumağa cəhd etmə və yaralıya ilk tibbi yardımın göstərilməsi ilə bağlı təlimat verildi. Səhra şəratində çirkli suyun içməli hala gətirilməsi, susuz yerdə suyun əldə edilməsi, zəhərli həşərat və ilanların zərərsizləşdirilib yeyilməsi, ocağın çatılması, sığınacağın tikilməsi biliklərinə yiyələndik.
Kəşfiyyatçıların gecə sürprizindən xəbərsiz yatmağa getdik. Gecə təxminən saat 4 radələrində iki dəfə təkrar olunmaqla yerləşdiyimiz düşərgəyə öz kəşfiyatçılarımız sınaq hücumu etdilər. Bu hücum zamanı jurnalistlərin belə şəraitdə necə davrandıqları, bu hala temperativ hazırlıq səviyyəsi ortaya çıxdı. Səhəri hücum ilə açdıq, şaşka tüstüsü ilə oyandıq. Qorxu hissini yaşadıq.
Sonra komandamız atış sahəsində hədəfə güllə atmaqla atış bacarlıqlarını sınadı. Atışımızı təlim rəhbəri qiymətləndirdi. Sonra səhra şəraitində qidalanandıq. Təlimçilər bizə küləyin sürə¬tinin ölçülməsini, səmtin təyin edilməsini, obyektin uzaqlığının gözlə ölçülməsini, səsin məsafəsinin ölçülməsini öyrətdilər. Bununla günün təlimini bitirib hərbi-hissəyə gəldik.
Növbəti və sonuncu təlim günü Ağstafa rayonunda Elnur Həsənovdan kaşfiyytaçı jurnalist anlayışı, dağ şəraitində hərəkət, alpinist və kəndir düyünü növləri, qaya eniş və dırmanma qaydaları ilə tanış olduq.
Sonda Tovuz rayonunun Azaflı kənd sakinləri ilə görüşüb, əhalidən alınmış informasiyanın doğruluğu¬nun yoxlanılması yolları ilə tanış olduq.
Bununla da "Dinc Dünya" Araşdırma Mərkəzinin "Ekstremal jurnalistlərin təcrübə poliqonu təlimlərinin öyrədilməsi" layihəsinin təliminə yekun vuruldu. Bu layihə mənə Ekstremal jurnalistikanın nə olduğunu öyrətdi. Çox sevinirəm ki, mediayada ilk addımımı məhz bu layihə ilə atıb jurnalistikanı Əlisafa Mehdiyevdən öyrənməli oldum. Öyrənməli çox şeylərin oldunu anladım. Ümumiyyətlə kitab oxumaqla, universitet bitirməklə ekstremal jurnalistika anlayışına sahib olmaq qeyri-mümkündür. Biz bunun bir daha şahidi olduq.
Təbii, 7 gün ərzində professional bir nəticə əldə etmək mümkün deyil. Ən azından hücum zamanı mövqeyinin seçilməsi, özünü müda¬fiə, meşədə gecələmə, sığınacağın düzəldilməsi, zərərli heyvanlardan qorunma, qida əldə etmə, zirehli texnika üzərində hərəkət, hərəkət istiqamətin seçilməsi üsullarının mənimsənilməsi ekstremal şəraitdə həyatda qalma üçün bilinməli vacib elementlərdi. Biz o həyatı az da olsa yaşadıq.
Bir daha bu layihə üçün "Dinc Dünya” Araşdırlma Mərkəzinin, Müdafiə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Şurasınin rəhbərlərinə var olasınız deyirəm.
Qabil Ədalət
hemlemedia.az saytının rəhbəri, "Dinc Dünya" Araşdırma Mərkəzinin "Ekstremal jurnalistlərin təcrübə poliqonu təlimlərinin öyrədilməsi" layihəsinin təliminin iştirakçısı