hemle

“AS Qrup İnvestment” və onun törəmələri talassemiyalı uşaqlara dəstək oldular

Tarix:10-04-2020, 17:35
Baxış Sayı:418

Bütün dünyanı bürüyən COVİD-19 qlobal pandemiyası təəssüf ki, ölkəmizdən də yan keçmədi. Və məlumdur ki, məhz bu problemlə mübarizə aparmaq və onun qarşısını almaq məqsədilə hazırda respublikamızda ciddi karantin rejimi tətbiq edilib.
Virusdan qorunmaq üçün insanların daha çox evlərində qalmağa üstünlük vermələri virusa yoluxma hallarının azalması üçün vacib şərt olsa da, bu digər tərəfdən minlərlə talassemiyalı uşağa donor dəstəyinin ciddi şəkildə azalmasına səbəb olub. Məhz bu şəraitdə “AS Qrup İnvestment” və onun törəmə şirkətləri xüsusi karantin rejiminin qaydalarına əməl olunmaqla öz əməkdaşlarının timsalında Mərkəzi Qan Bankında donor qismində çıxış edib. Şirkət əməkdaşları könüllülük əsasında qan verməklə talassemiyalı uşaqlara dəstək olublar. Bu çətin günlərimizdə qan çatışmazlığından əziyyət çəkən minlərlər uşaq üçün hər bir donor onu həyata bağlayan bir ümid sayılır.
Qeyd edək ki, Mərkəzi Qan Bankında qan vermək istəyən şəxslərin COVİD-19 virusundan qorumaq məqsədilə lazım olan bütün tələblərə əməl edilir. Donor olmaq istəyən şəxslər yalnız bütün lazımi yoxlamalardan keçdikdən sonra qan verə bilirlər.
2003-cü ildən fəaliyyətə başlayan, istər dövlət, istərsə də özəl sektorda kompleks layihələr həyata keçirən “AS Qrup İnvestment” şirkəti regionun aparıcı developerlərindən biridir. Fəaliyyət göstərdiyi illər ərzində şirkət ölkəmiz, cəmiyyətimiz, vətəndaşlarımız qarşısında özünün korporativ sosial məsuliyyətini anlayaraq daim müxtəlif sosial layihələrə dəstək olub.
“AS Qrup İnvestment” şirkəti və onun layihələri haqqında daha ətraflı məlumatı www.asgroup.az saytına daxil olaraq oradan ala bilərsiniz.

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı