hemle

ÜNVANLI SOSİAL YARDIM ALAN AİLƏLƏRİN SAYI NƏ QƏDƏR ARTIB

Tarix:26-04-2020, 13:51
Baxış Sayı:376

Aztəminatlı ailələrə dövlət dəstəyinin artırılması sahəsində aparılan işlərdən biri kimi, ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi də genişləndirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ONN media -ya verilən məlumata görə, aprelin 1-dən ünvanlı sosial yardımı alanların sayı 12 min ailə artaraq 82 minə çatıb. Ünvanlı yardım alan ailə üzvlərinin sayı isə bu ay 50 min nəfər artıb və hazırda 340 min nəfərdir. Sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də artmaqda davam edərək 222 manata çatıb.

Bildirilir ki, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də dəstək göstərilib. Onlara bu yardımın verilməsi müddəti karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:45 VAQİF QOCALSA DA, YENƏ VAQİFDİ
09:58 Gəncəni bombalayan erməni hərbçilərin adları BİLİNDİ
08:58 İqlim dəyişikliyi: Yer kürəsi əhalisinin yarısı bununla üzləşir - Ən az bir ay...
08:55 ƏDV ilə bağlı şad xəbər verildi
08:53 Beyin sağlamlığı üçün ən vacib qidalar - Siyahı
08:51 Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salındı
22:06 Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq
21:57 Dəmir yolu nəqliyyatından istifadə edən bu sərnişinlər cərimə ediləcək