hemle

TƏLİMAT HAZIRLANDI: METRO NƏ VAXT AÇILIR? Təlimat hazırlandı: Metro nə vaxt açılır?

Tarix:3-05-2020, 17:12
Baxış Sayı:495

Ötən gün ictimai nəqliyyatla bağlı hazırlanan təlimatlarda Bakı metrosundan istifadə qaydaları da yer alıb. Bu isə paytaxt sakinləri arasında metronun yaxın günlərdə açılması ilə bağlı məlumatların yayılmasına səbəb olub.
ONN media xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, hələlik metro stansiyalarının fəaliyyətə başlaması ilə bağlı tarix məlum deyil:
“TƏBİB koronavirusla əlaqədar metro ilə bağlı təlimatlar hazırlayır. Orada sərnişinlərlə yanaşı, metro işçilərinə aid təlimatlar da yer alacaq. Amma metronun nə vaxt açılacağı hələlik məlum deyil. Bizə bildirilmişdi ki, mayın 4-dəki karantin rejiminin yumşaldılması metroya aid edilməyəcək. Elə də oldu. Növbəti dəfə qərarın ümumi epidemik vəziyyətin təhlilindən asılı olacağı bildirilib. Yəni konkret vaxt deyilməyib. Hər şey NK yanında Operativ Qərargahın araşdırmasından və təhlilindən asılı olacaq”.

Digər xəbərlər
11:17 Bu şəxslərin maaşı bir ayda 240 manatdan çox artdı
11:10 Ev tikənlərin NƏZƏRİNƏ: Bu halda məsuliyyətə cəlb oluna bilərsiniz
10:59 Xankəndi, Xocalı, Ağdərə müasir rəqəmsal yerüstü televiziya və radio yayımı ilə əhatə olunacaq
10:56 Dövlət qeydiyyatına alınan dərmanlarla bağlı dəyişiklik
10:51 Azərbaycan və Ermənistan nümayəndələri görüşdü
10:11 Laçında möhtəşəm atəşfəşanlıq
10:07 Sabirabadda FACİƏ - Bir ailə yanaraq məhv oldu (YENİLƏNDİ)
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR