hemle

Səhv etdik, ikinci dalğa ola bilər – Həkimdən şok

Tarix:28-04-2020, 18:51
Baxış Sayı:432

Karantin rejiminin yumşaldılması ilə əlaqədar aprelin 27-dən bəzi iş yerləri, o cümlədən geyim mağazaları yenidən fəaliyyətə başlasa da, bərbərxana və gözəllik salonları bu qərara daxil edilməyib. Bu isə cəmiyyətdə suallar doğurub: məgər geyim mağazalarında sıxlıq bərbərxanalardan daha azdırmı?

Turkustan.info bildirir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən professor Adil Qeybulla bildirib ki, karantin tədbirləri yumşaldılıbsa, insanların davranış şərtləri orada göstərilməli idi.

“Birinci növbədə insanların maskada gəzməsi, sosial izolyasiya məsafəsini gözləməsi şərtdir və ciddi nəzarət həyata keçirilməlidir. Çünki bu gedişlə ikinci dalğa ola bilər”. – o deyib.

Həkim də geyim mağazalarının açılması, amma bərbərxanaların bağlı qalmasının düzgün olmadığı qənaətindədir:

“İnsanlar paltar mağazalarına daxil olub, eyni mallara baxırlar. Belə olanda yanlarında xəstə birinin dayanmasının fərqində olmurlar. Lakin bərbərxanalarda heç olmasa stullar aralı qoyularaq sosial izolyasiya tədbirləri görülə bilər. Bu baxımdan niyə görə geyim mağazalarına icazənin verilməsi, ancaq bərbərxanaların fəaliyyətinin bərpa edilməməsi mənə də aydın deyil. Hesab edirəm ki, bu qərara yenidən baxılmalıdır”.

A.Qeybulla bildirib ki, önləyici tədbirlərə ehtiyac var:

“Müşahidə edirəm ki, insanlar karantinin yumşaldılmasından istifadə edərək maskasız gəzirlər. Bu səbəbdən təklif edirəm ki, insanlara bu məsələ ciddi surətdə başa salınsın və nəzarət gücləndirilsin. Yəni maskada gəzmək şərti qoyulmalıdır. Məsələn, Almaniyada da karantin yumşaldılıb, lakin maskada gəzmək qəti şərt olaraq saxlanılıb”.

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ