hemle

Prezident İlham Əliyev Rusiyanın fövqəladə hallar nazirini qəbul edib

Tarix:21-12-2020, 23:27
Baxış Sayı:305

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Rusiya Federasiyasının fövqəladə hallar naziri Yevgeni Ziniçevi qəbul edib.

AZƏRTAC xəbər verir ki, fövqəladə hallar naziri Yevgeni Ziniçev Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycanla Rusiyanın müxtəlif qurumları, o cümlədən Fövqəladə Hallar nazirlikləri arasında uğurlu işçi əməkdaşlığın həyata keçirildiyi bildirildi və bu sahədə təcrübə mübadiləsinin önəmi qeyd edildi.

Digər xəbərlər
10:45 VAQİF QOCALSA DA, YENƏ VAQİFDİ
09:58 Gəncəni bombalayan erməni hərbçilərin adları BİLİNDİ
08:58 İqlim dəyişikliyi: Yer kürəsi əhalisinin yarısı bununla üzləşir - Ən az bir ay...
08:55 ƏDV ilə bağlı şad xəbər verildi
08:53 Beyin sağlamlığı üçün ən vacib qidalar - Siyahı
08:51 Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salındı
22:06 Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq
21:57 Dəmir yolu nəqliyyatından istifadə edən bu sərnişinlər cərimə ediləcək