hemle

İlham Əliyev Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktorunu qəbul edib

Tarix:18-12-2020, 21:58
Baxış Sayı:306

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə bölgədə mövcud vəziyyət, münaqişənin həlli, üçtərəfli Bəyanatın müddəalarının icrası müzakirə edilərək, vəziyyətin sabit olduğu bildirilib.

Söhbət zamanı Azərbaycanla Rusiya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Prezident İlham Əliyev Rusiya dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş edib.

Digər xəbərlər
10:45 VAQİF QOCALSA DA, YENƏ VAQİFDİ
09:58 Gəncəni bombalayan erməni hərbçilərin adları BİLİNDİ
08:58 İqlim dəyişikliyi: Yer kürəsi əhalisinin yarısı bununla üzləşir - Ən az bir ay...
08:55 ƏDV ilə bağlı şad xəbər verildi
08:53 Beyin sağlamlığı üçün ən vacib qidalar - Siyahı
08:51 Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salındı
22:06 Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq
21:57 Dəmir yolu nəqliyyatından istifadə edən bu sərnişinlər cərimə ediləcək