hemle

Səbailin yeni icra başçısı Vüqar Zeynalov kimdir? (DOSYE)

Tarix:3-11-2018, 15:29
Baxış Sayı:967

Xəbər veridyimiz kimi Azərbaycan Respublikasını Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Vüqar Teyyub oğlu Zeynalov Səbail rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qaynarinfo-nun məlumatına görə, Vüqar Zeynalov bundan öncə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

Vüqar Teyyub oğlu Zeynalov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin məzunudur.

Müxtəlif dövrlər ərzində o, özəl şirkətdə hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyat muzeyində baş mütəxəssis, Azərbaycan Milli Elmlər Akademiyasının "Akademiya" kitab mərkəzində direktor, Azərbaycan Dövlət İncəsənət muzeyində Muzey işində innovasiyaların tətbiqi şöbəsinin müdiri, muzeyin direktor müavini, Azərbaycan Diplomatiya Akademiyasının (ADA) Kitab Mərkəzində direktor vəzifələrini icra edib.

2012-2015-ci illərdə o, Nizami Kino Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Ailəlidir, bir övladı var

Digər xəbərlər
21:46 Heydər Əliyev Mərkəzinin parkında rəngarəng Uşaq festivalı
21:37 Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir
21:34 Kazinoların fəaliyyətindən əldə edilən dividentlər - Milyonlarla turist, büdcəyə ödənilən vergilər...
21:32 Bu sualda səhvlik olub - Abituriyentlərin xeyrinə hesablanacaq
21:28 Diqqətlər İstanbula köklənir - Danışıqlar bu saatda başlayacaq
21:24 Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ
21:19 Ukrayna ölümcül əməliyyata belə hazırlaşıbmış - ŞOK DETALLAR
16:05 1194-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi