Şəhid zabitimizin doğum günüdür.
Moderator.az xəbər verir ki, 2012-ci il iyunun 9-dan 10-na keçən gecə mühəndis-istehkamçı bölüyünün komandiri kapitan İlqar Tapdıq oğlu Verdiyev cəbhənin Goranboy rayonu istiqamətində minaya düşərək şəhid olub. İ.Verdiyev 1975-ci ildə Bakı şəhərində anadan olub.
1992-ci ildə Türkiyə Respublikası Quru Qoşunları məktəbinə (Kara Harp Okulu)na daxil olub. Mühəndis-istehkamçı ixtisası üzrə təhsil alıb. 1997-ci ildə oranı bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etmişdir. Uzun illər Müdafiə Nazirliyinin mətbuat xidmətinin zabiti vəzifəsində çalışıb. Dörd ilə yaxın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifəsini icra edib. Nazirlik sistemində ən bacarıqlı, savadlı və təcrübəli zabitlərdən biri hesab olunub.
O, Türkiyədə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində dil kurslarını müvəffəqiyyətlə bitirib. “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı və “Qüzursuz xidmətə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib.
Sonradan İ.Vəliyev Naftalan şəhərindəki hərbi hissələrdən birinə mühəndis-istehkam bölüyünün komandiri təyin edilib. 2012-ci il iyunun 9-dan 10-na keçən gecə mühəndis-istehkam bölüyünün komandiri kapitan İlqar Vəliyev cəbhənin Goranboy rayonu istiqamətində minaya düşmüş hərbi hissənin mühəndis-istehkam xitmətinin rəisi mayor Zahir Məmmədovu ərazidən çıxarmaq istəyərkən özü də minaya düşüb. Yaralılar Ağdamda hospitala yerləşdirilsə də, İlqar Vəliyev iyunun 14-də Silahlı Qüvvələrin Mərkəzi Hərbi Kliniki Hospitalında vəfat edib. Şəhid zabitimiz iyunun 15-də Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda böyük izdihamla dəfn edilib. Şəhidimizin iki oğlu və bir qızı yadigar qalıb.
Allah rəhmət eləsin!
Vasif Əlihüseyn