hemle

Xudavəng monastırının vaizinə qarşı hörmətsizlik edildi.

Tarix:6-12-2020, 15:09
Baxış Sayı:798

Xudavəng monastırının vaizinə qarşı hörmətsizlik edildi.

Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinə öz mülkiyyət hüququnu tətbiq etməsi, Azərbaycanı öz mədəni dəyərləri üzərindəki hüququndan zorakı surətdə təcrid etmək məqsədi daşıyırdı.
Dağlıq Qarabağ və ona bitişik ətraf ərazilərin qədim erməni torpaqları olması barədə Ermənistanın çoxsaylı iddialarının məqsədi işğal etdiyi Azərbaycanın 20% torpaqlarına sahib olmaq istəyinə haqq qazandırmaq olmuşdur. Məhz buna görə də Ermənistan 28 il işğal altında saxladığı Azərbaycan ərazilərində müxtəlif əsrlərə aid olan daşınmaz tarix və mədəniyyət abidələrinin və digər kateqoriyadan olan daşınan mədəni irs nümunələrinin mənimsənilməsi kimi qeyri-qanuni fəaliyyət həyata keçirmişdir. Ermənilərin bu vandal hərəkətləri Azərbaycanın işğal altında qalan xristian dövrü abidələrindən də yan keçməmişdir.


Bu məsələ eyni zamanda Azərbaycanda fəaliyyət göstərən xristian dini icmalarını da mütəmadi olaraq ciddi narahat etnişdir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı yürüşü 44 günə zəfərlə başa çatdırdı. Bu qələbədən sonra Kəlbəcər rayonundakı Xudavəng Monastrının vaizi bir qrup xristian dinindən olan inanclı ilə birlikdə Xudavəng Monastrına ziyarətə getdilər.
Ziyarət zamanı bir neçə nəfər keşiş qiyafəsində olan erməni onlara yaxınlaşaraq onları monastrın ərazisini tərk etməyi tələb ediblər. Bunu Trend-ə açıqlamasında Xudavəng monastırının vaizi Rafiq Danakari deyib. O bildirib ki, monastırda olan erməni keşişlər onların ziyarətinə mane olmaq istəsələr də, buna nail ola bilməyiblər.
Məlumat üçün bildirmək istəyirəmki bu Monastrın erməni Qriqoryan dininə heç bir aidiyyatı yoxdur. Ermənilərin özləri tərəfindən bu abidəyə qarşı vaxtaşırı vandallıq edilmiş, divar yazıları, xaç nümunələri dəyişdirilmiş, abidənin əzəli görkəmindən məhrum edilməsinə cəhd edilmişdir. Ermənilər bu monastırı mənimsəməklə öz mədəni irslərini zənginləşdirməyə çalışmışlar.
Xudavəng monastır kompleksi Kəlbəcər şəhərindən şərqdə, Ağdərə-Kəlbəcər magistral yolunun üstündəki Bağlıpəyə kəndindən aşağı, Ağdərə tərəfdə, Kəlbəcər şəhərinin 29-cu kilometrliyində yerləşən qədim alban monastr kompleksidir.
Monastr VI-VII əsrlərdə Alban knyazı tərəfindən tikilib. XV əsrlərdə bu abidə Alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət, Alban hökmdarı Həsən Cəlal tərəfindən əsaslı bərpa edilib.
Məlumatlar göstərir ki, Həsən Cəlalın arvadı Minə Xatun burada dəfn olunub, anası Arzu Xatun və dövrün görkəmli ziyalısı Mxitar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşdur. Maraqlısı odur ki, üstü günbəz kimi tikilmiş bu binaların tikintisində ağac materialından da istifadə olunmuşdur.
Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var idi. Birinci Qarabag müharibəsində Ağdərədən və Ermənistanın Basarkeçər(Vardenis) rayonundan gələn ermənilər Monastrın divarlarındakı xaç nişanlarının və yazıların bir hissəsini balta ilə çaparaq məhv etmiş, Monastrdakı Alban xaçlarının və rəsmləri, erməni xaçları və rəsmləri ilə əvəz etmişdilər.
İşğal dövrü ermənilər Monastrda təmir işləri apararaq. Monastrın bir çox yardımçı otaqlarını və giriş qapısını əzəli görkəmindən məhrum etdilər. 2-ci Qarabağ Müharibəsindən sonra ermənilər Monastıra məxsus ikonaları, dini kitabları, övliyaların portretlərini, xalçaları, taxta və metal konstruksiyaları, yumşaq və bərk mebelləri qarət edərək Ermənistana apardılar.
Ermənistan Respublikası tərəfindən Azərbaycanın mədəni irsinə aid olan Xudavəng Monastırına qarşı törədilmiş cinayət əməllərinə görə, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının 10 aprel 1998-ci il tarixli Qanununa, 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya"ya və bu Konvensiyanın 1999-cu ildə qəbul edilmiş İkinci Protokoluna, Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində, mədəni mülkiyyətin, qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan edilməsini təsbit edilən bu sənədə görə məsuliyyət daşıyır.

Kompleksin həyətində ermənilərin aparılan tikinti “abadlıq” işləri Monastrın Lanşaftına ciddi zərər vurur.

Beləki kompleksə məxsus yardımçı binalar təmir edilərək əzəli görkəmlərindən məhrum edilirlər.



Monastrın giriş qapısının əzəli görkəmi belə olub.

Ermənilər Monastrın giriş qapısını əzəli görkəmindən məhrum ediblər.

Ermənistan Respublikasının rəhbərliyi Azərbaycanın işğal altında olan Xotavəng monastırının əsas binalarının da əzəli görkəmindən məhrum etməyə çəhd göstərdirdilər.


Faiq İSMAYILOV

Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin üzvü,
Beynəlxalq Memarlıq Akademiyasının
Moskva bölməsinin professoru.
ATESH,AZ

Digər xəbərlər
15:55 “Ağlasığmaz” plan işə düşdü: Dünyanı böləcək müharibəyə iki ay qalıb
15:51 Ötən gecə Rusiya səmasında baş verənlər: 47 pilotsuz təyyarə vuruldu
15:49 Azərbaycanda bu internet provayderləri ləğv edilir
14:31 Bir tərəfdən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
14:23 Daha bir cərimənin məbləği artırıldı
13:32 Müxalifət geri çəkilmir: Gürcüstanda toqquşmalar davam edir
13:29 Bu şəxslərə ödənilən müavinətin məbləği artırılır
08:54 Necə edək ki xərçəngə tutulmayaq - Önəmli həkim məsləhəti