Ermənilər bu vandal əməllərini 18 Aprel Abidələrin Beynəlxalq Mühafizəsi gününə hədiyyə etdiklərini elan edirblər.
Azərbaycan ərazilərinin işğal edilməsi, tarixinin və mədəniyyətinin mənimsənilməsinin forma və metodları üzərində Ermənistanda böyük Beynəlxalq səviyyəli institutlar işləyir. Bu işlərə 1999-cu ildən Ermanistanın Arxeologiya va Etnoqrafiya İnsititutunun kafedra müdiri Hamlet Petrosyan rəhbərlik edir.
Ermənistan Hökuməti, işğal altında saxladıqları ərazilərdə yaşayan azərbaycanlıların normal həyat tərzini zorakı şəkildə pozaraq bu xalqın, işğal altında sahibsiz qalan milli-mədəni dəyərlərini, geyimlərini, memarlıq sənətinin nümunələrini, inanc yerlərini, ibadət yerlərini, musiqi əsərlərini, musiqi alətlərini və digər sənət əsərlərini və tətbiqi sənət numunələrini, o, cümlədən folkloru, toponimləri, Qarabağın mətbəxini eləcədə Qarabağda mövcud olmuş tarixi əsərlərin yazılı nümunələrini, birdəfəlik və ya tədricən yox edilməsini və mənimsənilməsini hədəf goturərək, bütün milli mədəni dəyərlərimizin planlı və sistemli bir şəkildə məhv edilməsini və ya erməniləşdirilməsini həyata keçirirlər. Azərbaycan ərazilərində ermənilər tərəfindən həyata keçirilən bu cinayət əməlləri Beynəlxalq Hüquqda Mədəniyyətin soyqırımı anlamını verir.
Mədəniyyətin soyqırımı anlayışı: – bir qrupun və ya dövlətin, başqa bir qurup və ya dövlət tərəfindən ən son şəkildəki həyat tərzinə, qorunan və qorunmayan sənət əsərlərini, geyimləri üzərindəki mili ornamentləri, memarlıq sənətini, inanc yerlərini, ibadət yerlərini, ibadət yerlərinin görüntüsünü əks etdirən fotoşəkilləri, musiqi əsərlərini, musiqi alətlərini, sənət əsərlərini və tətbiqi sənət nümunələrini, folklorunu, tarixi abidələrini, dilini, toponimlərini, mətbəxini, kitablarını eləcədə bütün tarixi əsərlərini birdəfəlik və ya tədricən yox edilməsi və ya mənimsənilməsi hədəf götürülərək planlı və sistemli bir şəkildə məhv edilməsi və ya mənimsənilməsidir.
Mədəni irs, nəinki daşınmaz tarix və mədəniyyət abidələrini eyni zamanda, tarixə şahidlik edən bütün sənədləri və milli-mənəvi dəyərləri əhatə edən daşınan abidələri də əhatə edir. Mədəni irs xalqın milli mədəni və tarixi sərvətidir. Bir xalqın mədəni irsin digər xalq, millət və ya xalqlar və ya millətlər tərəfindən dağıdılması, məhv edilməsi və ya vandalizmə uğradılması yolverilməzdir. Belə hərəkətlər beynəlxalq qanunlar və konvensiyalarda yoverilməz hesab edilir. Bu barədə “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında” 1954-cü ildə qəbul edilmiş Haaqa konvensiyası öz üzvləri qarşısında: – Hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, memarlıq, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətərin qarşısında vəzifə kimi qoyur. Konvensiyanın iştirakçısı olan bütün dövlətlər özlərinin qanunvericiliyində elə qanunlar qəbul etməlidir ki, bu konvensiya onun şərtlərin pozan və pozmağa göstəriş verənləri cəzalandıra bilsin.
Ermənistan hökuməti Azərbaycan ərazilərini işğal etdiyi dövrün əvvəllərində abidələrin məhv edilməsinə üstünlük verirdilərsə, indi onlar abidələri məhv etməni daha sivil yolla, onların formalarını dəyişdirməklə icra edirlər. Buna onlarla misal gətirmək mümkündür onlardan biri keçmiş Hadrud rayonu ərazisindəki Alban dövrünə aid bu sovmədir. Sovmə 2017-ci ildə İKOMOS-un vəsaiti hesabına bərpa edilmək adı ilə yenidən qurulub. Abidəyə diqqətlə baxanda görürük ki, nəinki xarici ornamental görüntü saxlanılmayıb, abidənin ümumi forması da tamamilə dəyişdirilib. Bu qanun pozuntusu gərəkdir ki Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən, bu vandalizm hərəkətinə donorluq edən İKOMOS təşkilatının diqqətinə çatdırılmalı və gələcəkdə belə hərəkətlərə yol verilməməsi tələb edilməlidir.
Ermənistan Hökuməti 18 Aprel Abidələrin Beynəlxalq Mühafizəsi gününü Qarabağda böyük coşqu ilə qeyd etməyə çalışdı. Xocavənd rayonunun Tuğ və Salakətin, Ağdamın İmarət Qərvənd kəndlərində, Xankəndi və Şuşa şəhərlərində musiqi və çal-çağır səsləri eşidildi. Ermənistandan gəlmiş QHT üzvləri bu bölgələrdəki əsgərləri kətəyə qonaq etdilər.
Ermənistanın Qarabağda keçirdiyi tədbirlərdə diqqətçəkən məqam odur ki onlar bir zaman xaraba qoyduqları binaların önündə tədbirlərin təşkilinə üstünlük verirlər. Bu da çox güman ki ermənilərin Qarabağ abidələrinin təmirinə vəsait almaq üçün donor cəlb etmək məqsədi daşıyır.
Erməni hərbçilər, Ağdamın Şahbulaq qəsrində yaratdıqları “Tiqranakert” muzeyində gənclərə Föqaladə hallarda təcili tibbi yardımın edilməsi qaydaları barədə təlim keçirlər.