hemle

İslam dövrü abidələrinin ermənilər tərəfindən dağıdəlmasının səbəbləri.

Tarix:26-04-2020, 14:40
Baxış Sayı:560

“Əgər Rus dövləti və xalqı olmasaydı bu gün Ermənistan mövcud olmazdı”
Sergey Makarov Rusiya Siyasi Araşdırmalar İnstitutun direktoru.
(15 yanvar 2015-ci il. Vesti.az saytı).

“İrəvanın sadəcə 500 yaşı var və o, 1918-ci ildə məhz Rusiyanın köməkliyi ilə Ermənistanın paytaxtı olub. Buna qədər isə həmin ərazi İrəvan xanlığının mərkəzi idi. Tarix isə hələ də heç bir erməni imperiyası tanımır və əgər 1918-ci ilə qədər Qafqazda erməni dövləti olubsa, o zaman onun hara itməsindən tarixçilər indiyə qədər niyə baş çıxara bilmir.”
Modest Kolerov rusiyalı politoloqun telemüsahibəsindən
(16 yanvar 2016-cı il Ocaq. TV).

Daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycanın Dövlət qanunvericiliyinin yaratdığı şərait çərçivəsində, dövlət orqanlarının, hüquqi şəxslərin və vətəndaş cəmiyyəti üzvlərinin gündəlik vəzifələrinə çevrilməlidir. Azərbaycanın işğal altındakı ərazilərində, erməni vandalizminin qarşısını almaq üçün Beynəlxalq təşkilatların vasitəsi ilə abidələrin mühafizə edilməsinə nəzarət işləri həyata keçirilməlidir. Çünki, Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur. Bundan ermənilərin əsas məqsədi, işğal altında saxladıqları ərazilərdən Azərbaycan tarixini silməklə özlərini bu torpaqların qanuni sahibləri kimi təqdim etməkdir. Halbuki bu yolla onlar 1918-1923-cü illərdə Qərbi Azərbaycan ərazilərində Ermənistan adlı Dövlət yaratdılar. 1988-1991-ci illərdə isə azərbaycanlılara qarşı etnik təmizləmə apararaq Ermənistanı təkmillətli Respublikaya çevirdilər.
Azərbaycanın işğal altında olan ərazilərini özəlləşdirdiyini düşünən Ermənistanın siyasi dairələri, artıq bu əraziləri tarixi və mədəni baxımdan da erməniləşdirmək üçün illərdir ki, ardıcıl və davamlı fəaliyyət planı həyata keçirir. Bu fəaliyyət planına:
• Toponimlərin, yerlərin-yurdların və inzibati yaşayış mərkəzlərinin adlarının dəyişdirilməsı;
• Tarixi şəxsiyyətlərin o cümlədən, dövlət xadimlərinin, hərbi xadimlərin, Sovet İttifaqı Qəhrəmanlarının, Milli Qəhrəmanların, görkəmli elm və incəsənət xadimlərinin həyatı ilə bağlı qurmalar və mənzillər üzərindən azərbaycanlıların adlarının ləğv edilərək milliyyətcə erməni vətəndaşlarının adları ilə əvəz edilməsi;
• Monumental abidələrin və xatirə nişanlarının, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı oıan məhşurların həyatlarını əks etdirən lövhələrin, heykəltaraşlıq əsərlərinin, sökülərək erməni mədəniyyətinin nümunələri və heykəlləri ilə əvəzlənməsi;
• İslam dini abidələrinin o cümlədən qəbristanlıqların, qəbirüstü abidələrin, qəbir daşlarının tamamilə dağıdılaraq yerlə yeksan edilməsi;
• Memarlıq abidələri üzərindən türk simvollarının və digər bədii daş nümunələrinin məhv edilməsi və ya götürülərək ərazidən çıxarılması işləri və s. daxildir.
Ermənilərin bu cür vandallıq siyasəti nəticəsində işğal altındakı ərazilərdə Azərbaycanın çox böyük sayda monumental incəsənət abidələri, tarixi abidələri və islam dövrü abidələri məhv edilərək tamamilə sıradan çıxarılmışdır. Ərazidə baş alıb gedən bu cür özbaşınalıqları və vandallıq hərəkətlərini bir çox erməni ekspertləri, analitikləri və jurnalistləri də dolayısı ilə etiraf edir, hadisələrin baş verdiyi yerlərdən sökülmüş və dağıdılmış abidələrin görüntülərini yaymaqla ermənilərin bu ərazilərdə vandallıq etdiklərini təsdiq edir və bilərəkdənmi, bilməyərəkdənmi bizim iddialarımıza haqq qazandırırlar.
Nəzarətsiz qalmış ərazilərdə tarix və mədəniyyət abidələrinin korlanmasına və ya tamamilə məhv olub dağılmasına ermənilərin vandallıq hərəkətlərindən başqa, digər hallarda səbəb ola bilər. Məsələn; Azərbaycanın nəzarətindən kənarda qalan erməni işğalı altındakı ərazilərdə yaşayış massivlərindən uzaqlarda olan abidələrin korlanmasına təbiət hadisələri o cümlədən torpaq sürüşmələri, zəlzələlər, aşınmalar, leysan yağışları səbəbindən uçquntular, ildırım vurmaları eləcədə böyük yaşayış massivlərində, yəni sənaye müəsisələri yerləşən ərazilərdə aparılan abadlıq-quruculuq işləri, tamah məqsədi ilə abidə ətrafında icazəsiz qazıntı aparılması işləri və digər hadisələr də səbəb ola bilər.
Problem ondadır ki, təbiət hadisələri nəticəsində uçulmuş abidələrin tikinti quruluşlarına, ornamental və bədii işləmələrinə, divar yazılarına o qədər də zərər dəymir. Belə ki, təbiət hadisələri nəticəsində uçulmuş abidələrin bərpası zamanı abidəyə aid ornamental nümumələr və və kənardan hörgü daşlarının axtarılması tələb olunmur. İşğalçılıq faktından istifadə edilərək abidələrə qarşı məqsədli şəkildə tətbiq edilən vandalizm aktları nəticəsində isə abidənin forma cəhətdən görünüşü tamamilə dəyişərək onun mövcudluğunu şübhə altına alır. Buna misal olaraq Ağdam şəhərinin bağ və parklarında olan heykəltaraşlıq nümunələrini, xatirə abidələrini, Şuşa şəhərindəki böyük tarixi əhəmiyyətə malik bina və qurğuları, M.P.Vaqifin xatirə kompleksini, Laçın rayonunun Güləbird kəndindəki Azərbaycanın bayatı janrının ustadı Sarı Aşığın və Laçın şəhərinin mərkəzində tikilmiş Böyük Vətən Müharibəsi iştirakçılarının xatirə abidələrini göstərmək olar. Bütün bunların əvəzində isə ermənilər Şuşa, Laçın, Kəlbəcər, Xankəndi, Hadrut, Martuni, Qubadlı ərazilərində, birinci Qarabağ döyüşlərində fərqlənən erməni terrorçularının xatirələrini əbədiləşdirmək üçün Xatirə abidələri tikir, kriminal aləmdə tanınmış ermənilərin heykəllərini ucaldırlar.
İşğal altındakı inzibati yaşayış mərkəzlərdə azərbaycanlılara məxsus mövcud olmuş heykəllər, ermənilər tərəfindən dağıdılması onların özlərinə məxsus üsulla həyata keçirilir. Beləki heykəli əvvəlcə kiçik hissəciklərə bölür, sonra isə bir neçə yüzmetr ərazidə ətrafa səpələyirlər. Ona görə ki bu hissələr nə vaxtlarsa bir yerə toplanıb yenidən abidənin bərpası mümkün olmasın. Monumental xatirə abidələrini isə əksər hallarda sökmür, abidənin üzərindən lövhələri və baralyefləri çıxararaq erməni dilində yazı lövhələri və baralyeflərlə əvəz edirlər.
Dağlıq Qarabağ və yeddi ətraf rayonları etnik təmizləməyə məruz qoyan Ermənistan hökuməti, bir daha bu ərazilərdə azərbaycanlıların yaşamayacaqlarına özlərini inandırmağa çalışırlar. Məhz bu səbəbdən də bir zamanlar etnik təmizləməyə məruz qoyduqları ərazilərdə azərbaycanlılar yaşamış kənd və şəhərlərin xarabalıqlarında və turizm üçün əlverişli yerlərdə erməni xaçları ilə bəzədilmiş Monumental İncəsənət Abidələrinin tikintilərini ilbəil genişləndirirlər. Bundan məqsəd, gələcək nəsillərə bu ərazilərin tarixi erməni torpaqları olması görüntüsünü yaratmaqdır. Dağıdılan Azərbaycan mədəniyyəti fonunda bu mənzərələrin yaradılması acınacaqlı və olduqca təhlükəlidir.
Təcavüz nəticəsində işğala məruz qalan ərazilərdə tarixən mövcud olmuş mədəni dəyərlərin qorunması və eləcədə memarlıq, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsi və onlara dəymiş zərərlərin qiymətləndirilməsi bu gün Azərbaycan xalqının qarşısında təxirəsalınmaz bir vəzifə kimi durur. 2012-ci ildə Parisdə keçirilən YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 8-ci sessiyası çərçivəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qəbul edilən sənəd imkan verir ki, Azərbaycan, törətdiyi cinayətlərə görə Ermənistana qarşı Beynəlxalq təşkilatlar vasitəsi ilə sanksyaların tətbiq edilməsini tələb etsin.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verilən məlumata görə, işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitə tərəfindən müzakirə edilməsi 2012-ci ildə Azərbaycan tərəfindən təşəbbüs edilib və 2012-ci ilin qərarına əsasən, Katiblik tərəfindən işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunmasına aid müvafiq sənədin hazırlanması tələb edilib. Katiblik tərəfindən hazırlanan sənəddə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunda işğal edilmiş ərazilərə aid müddəaların hüquqi təhlili, həmin müddəaların həyata keçirilməsi mexanizmləri və digər aspektlər yer alıb.
Ermənistan xarici siyasətinin çox təhlükəli məqamlardan biri, son zamanlar ermənilər tərəfindən Azərbaycanın milli-mədəni dəyərlərinin mənimsənilməsi prosesinin daha da gücləndirilməsidir. Artıq dünyanın bir çox aparıcı dövlətlərinin sərgi pavilyonlarında Azərbaycan mətbəxinin bir çox nümunələri erməni məhsulları kimi nümayiş etdirilir. Bir çox ölkələrdə isə Azərbaycan xalqına məxsus rəsm əsərləri, bəzək əşyaları, bədii toxuculuq sənəti nümunələri, təsviri sənət nümunələri, mozaikalar, əlyazmalar, vitrajlar (rənglı şüşələrdən düzəldilmiş şəkil və ya naxışlar). Musiqi əsərləri, musiqi alətləri və s. Ermənilərin milli-mədəni dəyərləri kimi təqdim edilir. Bütün bunların vaxtında qarşısı alınmasa getdikcə daha təhlükəli bir prosesə çevriləcəkdir.
Erməni vandalizminin geniş vüsət aldığı indiki şəraitdə işğal altındakı ərazilərdə tarixi mədəni irsin tətqiqini zəruri edir. Müasir şəraitdə Qarabağ abidələrinin Azərbaycan mədəniyyətin inkişafında böyük əhəmiyyətini nəzərə alaraq, işğal altındakı abidələrin xüsusiyyətlərinin öyrənilməsinin vacibliyi indi daha çox hiss olunur. Qarabağ abidələrinin bütün Azərbaycan xalqının həyat fəlsəfəsində müsbət keyfiyyət müəyyən edən bədii-obrazların tətqiqinin zəruriliyi də xüsusi qeyd olunmalıdır. Erməni əsirliyində olan milli-mədəni dəyərlərimiz müasir dövrdə Azərbaycanın tarixi mədəni irs potensialının əsasını təşkil etdiyi gənc nəslin diqqətinə çatdırılmalıdır.
Memarlıq irsinin onun xassələrnin və dəyər göstəricilərinin öyrənilməsi cari dövrün əsas məsələsi olmaqla nəzəri və praktik fəaliyyətin mövcud nəticələrinin ciddi təhlilini təlləb edir. İşğal altında qalan tarix və mədəniyyət abidələrinə dəyən zərərlərin qiymətləndirilməsinin müasir problemləri xüsusən diqqəti cəlb edir. İşğal altındakı tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi təcrübəsi demək olar ki, həmişə bir sıra həll edilməmiş problemlərlə üzləşir. Bu gün həm də sübut etməyə ehtiyac yoxdur ki, memarlıq irsindən istifadə, onun saxlanılmasının ən yaxşı üsullarında biridir.
Memarlıq abidələri: - Öz həcm-plan həllini kifayət qədər saxlayan qurmalar, müxtəlif təyinatlı memarlıq-inşaat binaları, yardımçı obyektlər, mühəndis kommunikasiyaları başa düşülür. Bu qrupa qalalar, siklon tipli memarlıq abidələri, körpülər, karvansaralar, malikanələr, saraylar, məscidlər, türbələr, su dəyirmanları, kahalar, qara damlar və ev damları; sovmələr, bazilikalar, kilsələr və monastrlar; xüsusi quruluşa malik fərdi evlər, hərbi istehkamlar, mədəniyyət sarayları, ictimai binalar, ticarət mərkəzləri; elm, təhsil və nəqliyyat müəsisələrinin binaları, o cümlədən heykəllər, qəbrüstü abidələr, bədii incəsənət nümunələri və s. daxildir.

Memarlıq abidələri içərisində ermənilər tərəfindən ən çox dağntılara və tələfata məruz qalan islam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olmuşdur. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə 4 məscid isə qismən dağıdılaraq yararsız hala salınmışdır. Beynəlxalq təşkilatların təziqləri nəticəsində Ağdam cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olmuşdur. Ermənilər daha bir əxlaqsızlıq nümayiş etdirərək, Ağdam cümə məscidinin içərisində ev heyvanları o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdirirlər. Onlar qəbristanlıqların mərmər daşlarını söküb formalarını dəyişərək Xankəndi, Hadrut, Əsgəran, Laçın və Martuni qəsəbələrində inşa etdikləri bağ və parklarda bəzək daşları kimi istifadə edirlər. Bunun da nəticəsində yüzlərlə qəbristanlıqlar dağıdılmış və minlərlə qəbirlər tanınmaz hala salınmışdır.
Məhz bu səbəblərdən Erməni işğalı altında qalan bu abidələrə dəyən zərərlərin qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır və bu qiymətləndirmədən sonra xalqın mənəviyyatına vurulan zərərlərin həcminin nə dərəcədə böyük olduğunu dərk etmək o qədər də çətin olmayacaqdır. Bunun üçün işğal altındakı tarix və mədəniyyət abidələrinə dəymiş zərərlərin qiymətləndirilməsi metodologiyası hazırlanarsa bu, Azərbaycan praktikasında ilk dəfə həyata keçirilən hadisə olacaqdır. Abidələrə dəymiş zərərlərin qiymətləndirilməsi Beynəlxalq Qiymətləndirmələrə uyğun aparılmalıdır. Təbii ki, işğal faktoru qiymətləndirmə zamanı oradakı abidələrə baxış keçirilməsinə mane olur. Lakin qiymətləndiricilər bu proses zamanı müxtəlif arxivlərdən abidənin daxili və ya xarici interyerində bədii-obraz keyfiyyətinin mürəkkəbliyini müəyyənləşdirmək üçün məlumatlar əldə etməlidirlər. Bu məlumatlar abidənin memarlıq xüsususiyyətləri və tikinti üslubu üzərində təhlillər aparmağa şərait yaradacaq. Bütün bunlardan başqa xarici ölkə arxivləri və digər informasiya mənbələrini araşdırılacaq, eləcədə kosmosdan müşahidələr aparmaqla nəzərdə tutulan dəlilləri əldə etmək mümkün olacaqdır.

Aydındır ki, Ermənistanın Azərbaycana vurduğu maddi və mənəvi zərərin tam həcmdə ödənilməsi zərurətini yaradır. Belə ki, beynəlxalq hüquqa görə məsuliyyət daşıyan dövlət özünün hüquqazidd əməli ilə digər dövlətə vurmuş olduğu ziyanı tam həcmdə ödəməlidir.




Digər xəbərlər
15:55 “Ağlasığmaz” plan işə düşdü: Dünyanı böləcək müharibəyə iki ay qalıb
15:51 Ötən gecə Rusiya səmasında baş verənlər: 47 pilotsuz təyyarə vuruldu
15:49 Azərbaycanda bu internet provayderləri ləğv edilir
14:31 Bir tərəfdən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
14:23 Daha bir cərimənin məbləği artırıldı
13:32 Müxalifət geri çəkilmir: Gürcüstanda toqquşmalar davam edir
13:29 Bu şəxslərə ödənilən müavinətin məbləği artırılır
08:54 Necə edək ki xərçəngə tutulmayaq - Önəmli həkim məsləhəti