hemle

“ERMƏNİSTAN İŞĞAL ETDİYİ AZƏRBAYCAN TORPAQLARINDAN ÇIXMALIDIR” – ƏRDOĞAN

Tarix:22-07-2020, 23:03
Baxış Sayı:381

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Cumhurbaşqanlığı Külliyəsində Milli Təhlükəsizlik Şurasının (MGK) iclası keçirilib.

ATESH,AZ saytı ONN media agentliyinə istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasının ardından yaydığı bəyanatda, “Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxmalı olduğu, Türk millətinin qardaş Azərbaycanın haqq işində verəcəyi hər cür qərara sahib çıxacağı xatırladılır”, – deyə bildirilib.

Bəyanatda qeyd edilib ki, illərdir Azərbaycan torpaqlarının işğalını davam etdirən Ermənistanın sülhə mane olan və beynəlxalq hüquqa məhəl qoymayan təcavüzkar siyasəti qətiyyətlə pislənir: “Ermənistan təcavüzkar mövqeyinə son qoymalı və işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Türk milləti qardaş Azərbaycanın haqq işində verəcəyi hər cür qərara sahib çıxacaq”.
ATESH,AZ

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı