hemlemedia.az saytı yayımladı.
Qırğızıstanın nazarnews.org və turktoday.info informasiya agentliyi Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasındakı çıxışının tam mətnini yayıb.
Çıxışında Azərbaycan dövlət başçısının Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunda törətdiyi təxribatla bağlı fikirləri yer alıb. Prezident İlham Əliyev çıxışında işğalçı ölkənin hərbi təcavüzündən danışarkən deyib: “Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik, onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, kim bu hərbi təxribatı törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verib və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq”.
turktoday.info İnformasiya agentliyi həm də Azərtag informasiya agentliyinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və səbəbləri, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və rəsmi Yerevanın bu sənədlərə məhəl qoymaması, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə münaqişənin nizama salınması üzrə aparılan danışıqlar barədə Qırğızıstan oxucularına ətraflı məlumat vermək məqsədi ilə bütün məlumatlarını yayır. Diqqətə çatdırılıb ki, bütün bu məsələlər Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Ermənistanın hərbi təxribatı ilə bağlı bəyanatında da öz əksini tapıb.
Həmin yazıları bu linklərdən oxumaq olar:
https://nazarnews.org/posts/pod-predsedatelstvom-prezidenta-ilkhama-alieva-proshlo-zasedanie-soveta-bezopasnosti?fbclid=IwAR3GFhRO2sOX-pTx_hVvRST2D13q5LeSCYH4iJ5ohPCz8RSOq2pjJ0ewLi0
http://turktoday.info/az/13-iyulya-pod-predsedatelstvom-preziden/?fbclid=IwAR3Rd3Lhdegl0IwOJcpTWAHI5P42E-hPjPVq3cOYeq8oFNrva2lcMchcFhk
Dərin hörmətlə, Nüsrət Məmmədov
Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti
hemlemedia.az