hemle

Azərbaycan Ordusu Zəngəzurun qapısında: “Sabah gecə olacaq

Tarix:5-12-2020, 22:46
Baxış Sayı:334

Sünik bölgəsinin (tarixi adı Zəngəzur-Red) şəhər və icmalarının rəhbərləri, Ağsaqqallar Şurasının üzvləri Baş nazir Nikol Paşinyan və hökumətin istefasını tələb ediblər.

hemlemedia.az xəbər verir ki, bu barədə sözügedən qurumların yaydıqları bəyanatda bildirilib.

Müraciətdə deyilir ki, Ermənistan fəlakət içindədir, Zəngəzur təhlükə altındadır: “Sünik üçün bu taleyüklü günlərdə çoxsaylı suallar cavabsız və həll olunmamış qalır. Bir sıra mübahisəli sərhəd məsələləri var”.

İcma rəhbərləri müraciətlərində Ermənistanın Zəngəzurun itirilməsi təhlükəsi qarşısında qaldığını iddia edirlər:
“Qarabağ savaşında məğlub olduq, minlərlə qurban, itkin düşmüş şəxs, çoxsaylı iqtisadi və humanitar problemlər var ki, onların həlli bizim çiyinlərimizə düşür. Düşmən (Azərbaycan) Sünikin qapılarına çatıb. İndi ən vacib vəzifəmiz Süniki qorumaqdır.

Hər dəqiqə vacibdir - nəticələr geri dönməz ola bilər. Bu vəziyyətdə bizi təhdid edən fəlakəti mövcud hakimiyyətlə aradan qaldırmağın mümkün olmadığını hər gün görürük və bu səbəbdən Nikol Paşinyan və hökumətin istefasını tələb edirik. Söhbət siyasi spekulyasiyalardan deyil, vətəni xilas etməkdən gedir. Sabahın çox gec ola biləcəyini başa düşürük”.

Digər xəbərlər
10:45 VAQİF QOCALSA DA, YENƏ VAQİFDİ
09:58 Gəncəni bombalayan erməni hərbçilərin adları BİLİNDİ
08:58 İqlim dəyişikliyi: Yer kürəsi əhalisinin yarısı bununla üzləşir - Ən az bir ay...
08:55 ƏDV ilə bağlı şad xəbər verildi
08:53 Beyin sağlamlığı üçün ən vacib qidalar - Siyahı
08:51 Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salındı
22:06 Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq
21:57 Dəmir yolu nəqliyyatından istifadə edən bu sərnişinlər cərimə ediləcək