hemle

Mədət Quliyev: Ermənilər əsir düşmüş azərbaycanlılara Azərbaycanı tamamilə işğal etdiklərini təşviq edirlər

Tarix:5-11-2018, 11:58
Baxış Sayı:635

Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilir.

hemlemedia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, iclasda çıxış edən komissiyanın sədri, DTX rəisi Mədət Quliyev açılış edərək reqlamenti elan edib.
M.Quliyev bildirib ki, mərhum prezident Heydər Əliyev daim əsir düşmüş şəxslərlə bağlı işlərə xüsusi diqqət yetirib: "Bir çox vətəndaşlarımız itkin düşmüş yaxınlarını axtarmaq üçün ulu öndərin yanına getmişdi.
O zaman Heydər Əliyev Ermənistan prezidenti Petrosyana məktub yazaraq 30-dan çox şəxsin geri qaytarılmasına nail olmuşdu. Ulu öndər 1993-cü ildə hakimiyyətə gəldikdən sonra da bu məsələyə xüsusi önəm verib.
Ermənistan bu gün də münaqişəni davam etdirir, hazırda 871 nəfər əsir və girovluqda qalır. Ermənistan rəhbərliyi onlara Azərbaycanı tamamilə işğal etdiklərini, belə bir dövlətin qalmadığı yalanını təşviq edirlər.
Dövlət Komissiyası hazırda əsir və girovluqda saxlanılan şəxslərin "hamıdan-hamıya" prinsipi ilə azad edilməsi və bundan sonra saxlanılacaq şəxslərin qısa müddət ərzində tərəflərə təhvil verilməsi təklifini irəli sürsə də, Ermənistan bu humanist təklifə münasibət bildirməyib, müharibə qurbanlarının taleyinə biganə qalaraq heç bir əməli addım atmayıb.
Buna səbəb Ermənistanın münaqişənin əvvəlindən humanitar məsələni siyasiləşdirmək və Dağlıq Qarabağdakı separatçı rejimi tərəf kimi təqdim etmək cəhdləridir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 25 il ərzində humanitar problemlərin həlli istiqamətində müvafiq zəruri işlər görüb, amma komissiyasının fəaliyyətində nöqsanlar da var.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı problem Azərbaycan dövlətini, ictimaiyyəti narahat edən və həlli gözləyən vacib məsələdir. Komissiya üzvləri, həm də İşçi Qrupu öz məsuliyyətini dərindən dərk etməli, işini prezident İlham Əliyevin tələbləri səviyyəsində qurmalıdır".
İclasda millət vəkilləri, Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov, Milli Televiziya və Radio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı