hemle

QHT sədrləri Türkiyədə beynəlxalq zirvə toplantısında - Atəş.az

Tarix:18-02-2017, 19:56
Baxış Sayı:658

Bu gün Türkiyənin İstanbul şəhərində “Savaş Mağduru Engelliler”adlı beynəlxalq zirvə proqramı öz işinə başlamışdır.

Qeyd edək ki, zirvə proqramında Azərbaycandan “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” Ictimai birliyinin sədri Rada Abbas, “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin sədri Zaur Qəriboğlu, “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar” Dövlət Komissiyasının nümayəndəsi Emin Ağayev də iştirak edirlər.

Reaksiya.az-ın əməkdaşının verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan, DEYSAM-ın başkanı Aylin Çiftçi gələn qonaqları salamlayib və tədbir haqqında geniş məlumat verib.

Aylin Çiftçi “Savaş Mağduru Engelliler”adlı beynəlxalq zirvə proqramının Türkiyə üçün olduğu qədər dünya üçün də döyüş və döyüşlə əlaqədar problemlərin əhəmiyyətli bir gündəm maddəsi halına gəldiyini vurğulayıb. Bu cür insanların mövcud vəziyyət, problemlər dünya ictimaiyyıtinə çatdırmaq, bu proqramla döyüş mühitində olan engellilerle əlaqədar məlumatları ortaya çıxarmaq, mövcud vəziyyəti və problemləri təsbit edərək həll təkliflərini ala bilmək məqsədini daşıyır bildirib.



Daha sonra söz “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar” Dövlət Komissiyasının nümayəndəsi Emin Ağayevə verilib. Emin Ağayev Dağlıq Qarabaq münaqişəsi zəminində ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilən dəhşətlərdən danışmış, Dövlət Komissiyasının rəsmi sənəd və rəqəmlərinə istinad edərək, bir çox faktları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.

Tədbirdə bir çox ölkələrin parlament üzvləri, dövlət və mətbuat nümayəndələri iştirak edirlər. Zirvə proqramı iki gün davam edəcək.
QHT sədrləri Türkiyədə beynəlxalq zirvə toplantısında - Atəş.az

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı