hemle

İstanbulda İlk “Maneəsiz Dünya Konqresi” baş tutdu

Tarix:16-12-2016, 21:43
Baxış Sayı:664

9-10 debabr İstanbulda ilk “Maneəsiz Dünya Konqresi” baş tutdu. Milli Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, İstanbul Universiteti və Konya Nəcməttin Ərbakan Universitetinin əməkdaşlığı ilə Əlillər sarayında baş tutan konqresdə 10 ölkədən akademiklər, alimlər, pedaqoqlar, dövlət məmurları və QHT nümayəndələri iştirak edirdilər.
Konqresin ilk günü İstanbul Bağçılar bələdiyə sədri Loğman Çağrıcının çıxışı ilə başlayıb, əlil dərnək rəhəbərləri həyata keçirdikləri layihələrdən və layihə əsnasında görülən işlərin video çarxları izlənildi.Fərqliliyin aradan qaldırılması, əlillər üçün iş yerlərinin açılması, təhsil maneələri, görmə, eşitmə, fiziki, əqli və bir neçə bölmələr üzrə aradan qaldırılmalı manelərin həlli üçün geniş müzakirələr aparıldı və əlillərin hazırladığı səhnəciklər nümayiş olundu.
Konqresə Azərbaycandan Müharibə Veteranı Qadınlarına Sosial Yardım ictimai birliyinin sədri Radə Abbasın rəhbərliyi ilə DAN Beynəlmiləlçi Gənclər İctimai Birliyinin sədri Gülarə Teymurova, gənc lider Qabil Ədalət və MVQSYİB-nin Türkiyə nümayəndəsi Zülfiyyə Ağdağ qatılmışdır.
Konqresin ikinci günü mükafatlandırma günü oldu. Münsiflər heyəti Konya Nəcməddin Ərbakan Universiteti Prof. Dr. Əbdulkərim Bahadır, İstanbul Universiteti Prof. Dr. İsmail Coşqun, İzmir Katib Çələbi Universiteti Dos. Dr.Məhmət Baxçaqapılı, AK Partiya Konya Millət vəkili Prof. Dr. Hacı Əhməd Özdəmir, Baş nazir müşaviri Dr. Murtaza Yetiş, 25 ci Dövr Ankara millət vəkili Tülay Salamoğlu, Ailə və Sosial Siyasətlər Nazirliyi Dr. Aylin Çiftçi, Milli Təhsil Nazirliyi Nazif Yılmaz, Diyanət İşləri Başçısı Sənəd Konarlı,TV proqramçısı Məltəm Açıqəl, Müharibə Veteranı Qadınlarına Sosial Yardım ictimai birliyinin sədri, Qarabağ qazisi Radə Abbas, Akademik Xəlil Güləl – Almaniya və Makedniya Akademik Aişə Bəkirovskanın qərarı ilə “Maneəsiz Dünya Mükafatları” əlillərə xidmətə görə öz sahiblərinə təqdim edildi.Bu mükafatlandırmada Azərbaycan təmsilçilərindən Gülarə Teymurova “Maneəsiz Dünya Mükafatı” na laiq görüldü.
“Maneəsiz Dünya seminarı və maneəsiz Dünya Mükafatları“ Türkiyədən sonra beynəlxalq aləmdə fəaliyyət göstərmələri gözlənilir.

ATEHS.AZ






Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq