hemle

ŞOK HADİSƏ! Erməni əsgərləri Hadrut meşələrində qalıb

Tarix:5-12-2020, 22:33
Baxış Sayı:383

44 günlük müharibədə sağ qalan və döyüşdən qaçıb meşələrdə gizlənən düşmən əsgərlərindən bir qrupu Hadrut ətrafındakı meşəliklərdə gizlənir. Və xilas olmağa can atır.

hemlemedia.az xəbər verir ki, Erməni KİV-lərinin məlumatına görə, bu haqda müxalif "Çiçəklənən Ermənistan” fraksiyasından deputat Naira Zöhrabyan danışıb.

"İtkin düşmüş əsgərlərdən biri David Adumyanın anası əmin edir ki, təxminən gün əvvəl meşədə gizlənən əsgərlərimiz Dağlıq Qarabağda "911” xilasetmə xidmətinə zəng vura biliblər və meşədə olduqlarını deyiblər, kömək istəyiblər. İnternetdə artıq iki gündür ki, meşələrdə mühasirəyə düşən əsgərlərimiz haqda video yayılır, onlara təcili kömək lazımdır”,-Zöhrabyan bildirib.

Deputatın sözlərinə görə, Dağlıq Qarabağdakı qondarma rejim bu haqda Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradova bildirib və axtarış işləri başlayıb.Virtualaz.org

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir