Rusiyalı iş adamı və “Skolkovo” biznes məktəbinin həmtəsisçisi Ruben Vardanyan Rusiya Prezidenti Vladimir Putindən Qarabağ münaqişəsinə müdaxilə etməyi xahiş edib və bir video müraciət hazırlayıb.
ATESH,AZ saytı KONKRET.az saytına istinadən xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.
“Vladimir Vladimiroviç, sizə bir Rusiya vətəndaşı kimi müraciət etmək istəyirəm. Başqa pasportum yoxdur. Bilirəm ki, bir lider olaraq çox şey edə bilərsiniz. Bu gün bu məsələdə iştirakınız, bütün bunlara münasibətiniz çox şeyi müəyyənləşdirir” deyib.
Video IDeA Fondu tərəfindən “YouTube”da yayımlanıb.
Vardanyan Qarabağdakı münaqişəni Ermənistan və Azərbaycanın yerli problemi hesab etmədiyini vurğulayıb. Onun sözlərinə görə, bu vəziyyət Rusiyaya da təsir edə biləcək bir geopolitik zaman bombasıdır.
“Əgər müharibə pis nəticələnsə, inanın ki, bu, Rusiya üçün sağalmaz bir yara olacaq” deyə əlavə edib və Moskvanı “prosesə müdaxilə etməyə” çağırıb.
Ruben Vardanyan
Dağlıq Qarabağdakı münaqişə 1988-ci ilin fevralında başlayıb. Sonra Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-dən ayrıldığını elan edib. 1992-1994-cü illərdəki silahlı qarşıdurma nəticəsində rəsmi Bakı Dağlıq Qarabağ və ona bitişik yeddi bölgə üzərində nəzarəti itirib.
Münaqişə barədə danışıqlar 1992-ci ildən bəri davam edir. Onun həllinə üç həmsədrin – Rusiya, ABŞ və Fransanın rəhbərlik etdiyi ATƏT-in Minsk Qrupu kömək edir.
İşğal edilən Qarabağda vəziyyət 27 sentyabr səhəri gərginləşib. Münaqişə tərəfləri bu günə qədər tam və ya qismən səfərbərlik elan ediblər.
Moskva münaqişənin böyüməsini pisləyib və dərhal atəşkəsin təmin edilməsinə, həmçinin danışıqların bərpasına çağırıb.
Babək Göyüş
ATESH,AZ
ATESH,AZ