hemle

Belarusda təcili səfərbərlik elan olundu

Tarix:4-08-2020, 18:01
Baxış Sayı:876

ATESH,AZ saytı Fedai.az saytına istinadən yayımladı.
Belarusa yaşı 35-ə qədər olan və orduda xidmət keçmiş kişilər 25 günlük təcili səfərbərliyə cəlb olunub.

Virtualaz.org xəbər verir ki, bu haqda rusiyalı jurnalist Semyon Peqovun WarGonzo Telegram-kanalında bildirilir.

Məlumata görə səfərbərlik Rusiya ilə həmsərhəd regionlarda, əsasən Vitebskdə aparılır. Keçmiş hərbi qulluqçulara göndərilən çağırış vərəqələrinə əsasən onlar avqustun 10-da, yəni prezident seçkilərindən bir gün sonra toplanış məntəqələrində olmalıdır. Habelə bir sıra keçmiş hərbçilərə zəng vurub toplanışa çağırdıqları bildirilir.

Xatırladaq ki, iyulun 29-da Minsk ətrafındakı sanatoriyada “Vagnerin ordusu” kimi tanınan Rusiya özəl hərbi şirkətinin 33 muzdlusu tutulub. Belarus hüquq-mühafizə orqanları onların prezident seçkiləri zamanı ölkədə diversiyalar törətmək üçün göndərildiyini bildirir.

Bunun ardınca Belarus Rusiya ilə sərhədə hərbi qüvvələr və texnika cəmləşdirib. O cümlədən Rusiya Belarusla gediş-gəlişə nəzarəti gücləndirib, sərhəddə uzun növbələr hökm sürür.
ATESH,AZ

Digər xəbərlər
22:32 Dələduzlar sizi “QR” kodla aldada bilər – XƏBƏRDARLIQ
22:29 “Match TV”nin yayımının dayandırılmasının səbəbi AÇIQLANDI
22:24 Sumqayıtın bu ərazisində qaz kəsiləcək
22:21 Ermənistanın Azərbaycanın mülki infrastrukturuna ziyan vurmasına dair sənədlər məhkəmədə tədqiq olundu
15:56 Məktəbli formaları ilə bağlı YENİLİK
15:53 Bu tarixdə qısa iş günü olacaq
15:45 "Azpulmat" - sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
15:43 Sabah leysan yağacaq, güclü külək əsəcək