hemle

Prezident: "Budur, Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci" - VİDEO

Tarix:21-07-2020, 17:39
Baxış Sayı:514

“Bu günlərdə gündə bəlkə də minlərlə məktub alıram. Vətəndaşlar öz dəstəyini, həmrəyliyini ifadə edir, orduda xidmət etmək istəyirlər. Mən çıxışımda demişdim ki, orada şüşələri qıranlar orduya yazılsınlar. O günə cəmi 150 nəfər könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə gəlmişdi. Amma mənim sözlərimdən heç bir həftə keçməyib, 50 minə yaxın Azərbaycan vətəndaşı – onların mütləq əksəriyyəti gəncdir – Vətəni qorumaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, öz adını, ünvanını veriblər. Mən onlara təşəkkür edirəm”.

KONKRET.az-ın məlumatına görə, bunu iyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Prezident İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, budur Azərbaycan xalqı, budur Azərbaycan gənci:

“Parlamentin şüşələrini, qapılarını qıran yox. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci. Mən bir daha onlara, onların valideynlərinə təşəkkürümü bildirirəm. Onlar xalqımız, dövlətimiz üçün dəyərli övladlar yetişdiriblər”.

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq