hemle

Kremldən kritik açıqlama: “Belarusda saxlanılan rus hərbçilər...

Tarix:30-07-2020, 16:21
Baxış Sayı:536

“Moskvada hələ ki, Belarusda saxlanılan Rusiya vətəndaşları arasında hər hansı bir qanunsuz hərəkətə yol verilməsi və ya vəziyyəti gərginləşdirmək planları barədə məlumat yoxdur”.

ATESH,AZ saytı Teleqraf.com saytına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu gün səfirimiz Xarici İşlər Nazirliyi və Minskdəki həmkarları ilə əlaqə qurub. Buna görə də ümid edirik ki, bu rabitə nəticəsində və xüsusi xidmət orqanları arasında əlaqə kanalları vasitəsilə baş verənlər haqqında hərtərəfli məlumat alacağıq. Əlbəttə, msaxlanılanların hüquqlarının qorunacağına inanırıq. Rusiya vətəndaşlarına tam hörmət ediləcək”, - Peskov vurğulayıb.

O, Rusiyanın Belarusiyadakı etiraz aksiyalarına qoşulmasına dair bütün açıqlamaları böhtan adlandırıb və bildirib ki, prezidentlər – Vladimir Putin və Aleksandr Lukaşenko telefonla bu mövzunu müzakirə etməyi planlaşdırmır.

Peskov həbs olunanlar arasında Ukrayna vətəndaşlarının da olması barədə ortaya çıxan məlumatları təkzib edib. Hamısının rus olduğunu vurğulayıb
Bundan əvvəl, Belarus mediası hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən, Minskdə və ölkənin cənubunda “Vaqner” qrupuna bağlı 33 muzdlu rus hərbçisinin tutulması barədə məlumat verib. Daha sonra respublikanın Xarici İşlər Nazirliyi Rusiya səfirliyini bu barədə rəsmi şəkildə məlumatlandırıb.

Hadisə ilə əlaqədar terror aktlarının hazırlanması maddəsi ilə cinayət işi açılıb. İttiham təsdiqini tapacağı təqdirdə, müttəhimlər iyirmi ilə qədər həbs cəzası ala bilər.
ATESH,AZ

Digər xəbərlər
22:18 İşçinin maaşı hansı hallarda kəsilə bilər?
21:59 İrəvan Azərbaycanla sülh sazişini harada imzalaya bilər? - Mirzoyandan AÇIQLAMA
21:56 Bu Dubay şokoladlarını almayın! - TƏHLÜKƏ saçırlar!
21:53 Avropa Rusiyaya möhtacdır: Moskvadan görün nə istəyirlər
21:49 Türkiyədən Ayasofya ilə bağlı qərar: Altı əsrdən sonra ilk dəfə...
21:44 Özünüzdən 20 dəfə böyük birinə qarşı müharibəyə başlamısınız, indi isə... - Trampdan Zelenskiyə cavab
19:13 Sabah Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
13:01 Dörd dost Türkiyə-Ermənistan sərhədini keçmək istədi: İsmayılı Araz apardı