Azərbaycan ərazilərindəki xaç daşlarınavə digər bədii daş nümunələrinə erməni iddiası.
Xaç nədir?
Xaç, hal-hazırda xristian dünyasının qəbul etdiyi, xristian dininin rəmzlərindənbiri yəni dini simvolu kimi başa düşülür. Xaç rəmzlərinin meydana gəlməsi, ibtidaiicma dövrünə təsadüf edir. İnsanlar, yeri, kainatı qızdıran, torpağa, suya hərarət vəcan verən günəşə böyük möcüzə kimi baxırdılar. Onlar günəşin obrazını daş, qayaüzərində həkk edərək ona sitayiş edirdilər. O zaman hələ dinlərin mövcud olmadığıbir zamanda, insanlar özlərinin hiss və həyəcanlarını bu cür ifadə edirdilər. Odur ki,xaçların yaranması qədim əsatirlərdə göstərildiyi kimi, insanların günəşə, daha sonralaroda, etiqadından, sitayişindən, inamından irəli gəlirdi. İbtidai insanlar, odu da
günəşin yerdəki simvolu kimi qəbul edərək ona da sitayiş edirdilər.Bu sahənin mütəxəssisləri böyük tədqiqatlar nəticəsində belə nəticəyə gəlmişlər ki, hələ xristianlıqdan çox-çox əvvəllər xaçların yaranmasında qədim türk tayfaları önəmli rol oynamışlar.
Araşdırmalar göstərir ki, xaçların yaranmasında hələ xristianlıqdan çox-çox qabaqkıdövrlərdə qədim türk tayfalarının böyük rolu olmuşdur. O zamankı insanlarıntəfəkküründəki günəşin obrazını yerdə torpaq üzərində yaradaraq, ağaca bağlayaraq hündürlüyə (göylərə) qaldıraraq, yenidən kainata qovuşdurmaq istəyixaçların yaranmasına və inkişaf edərək, indiki obrazların meydana gəlməsinə səbəb olmuşdur. Oda günəşə etiqad və məhəbbət o qədər müqəddəs və güclü olmuşdur ki, od və günəş insanların and yerinəçevrilmişdir. Bu inam və etiqad insanlar arasında əsrlər boyu yaşayaraq, dövrümüzə qədər gəlib çatmışdır. İndinin özündə belə Azərbaycanda«o günəş haqqı», «o ocaq haqqı», «o günəşin şölələri haqqı» kimi ifadələr insanlartərəfindən and kimi işlədilir.
Qədim dövrlərin nəinki təkcə xaç rəsmləri üzərində ümumiyyətlə diqqətyetirdikdə Cənubi Qafqazda Alban dövrü bütün memarlıq abidələrinin daş və divarrəsmlərində və eləcədə sujet xarakterli oymalarda daha sox türkdilli xalqlaraməxsus elementlərdən istifadə edilməsi onu göstərir ki, o dövrdə yerli xalqlariçərisində türkdilli tayfalar çoxluq təşkil edibdir. Təsadüfi deyildir ki, əsirlərlə qarşılıqlıhörmət və məhəbbətlə dinc yanaşı yaşayan bu xalqların öz bədii yaradıcıqlarındada biri-digərinin mədəni irsinə müraciət etmələri bu xalqların birinin digərinə böyüketiramından irəli gəlirdi. Odur ki, haqlı olaraq elmi ədəbiyyatlarda Qafqaz Albaniyasıdövrü memarlıq abidələrini alban–türk memarlıq abidələri kimi də qeyd olunur. Bubaxımdan Alban dövrü xaçlarının tədqiqi daha çox maraq doğurur. Bu da ondan irəligəlir ki, Alban dövrü xaçları daha çox klassik ənənələrə uyğunlaşdırılmışdır. Çünki,Alban xaçları xristianlığa qədərki elementlər və dini ayinlərlə bağlıdır və ağacınxaçıntəsvirinə daha yaxındır.
Xaç obrazı, Alban xaçdaşlarında sanki müxtəlif, biri-birinə aidiyyatı olmayan dekorativtərtibatları qovuşdurur. Alban xaçı bəlkədə dünyada yeganə xaçdır ki, xristianlığaqədərki inamların, etiqadların və kainatı dərketmənin əlamətlərini özündəcəmləşdirən işarələrə malikdir. Bu xaçların bütün kompozisiyaları göylə yerin əlaqəsi,günəş, işıq, nur və məhsuldarlıq simvolu kimi əks olunmuşdur.
Azərbaycanın işğal altındakı ərazilərində və Qərbi Azərbaycanın (indiki Ermənistan), müxtəlif bölgələrində yayılmış xatirə daşları və xaç daşlarının memarlıq-kompozisiya, konstruktiv və dekorativ-plastik həlli onların məna və simvolikasının xüsusi özəlliyi olan alban bədii daş nümunələridir. Bu ərazilərdə olan alban xaç daşları plastikliyi, fikir dərinliyi və əsrlər ərzində formalaşmış xalq etiqadı və ənənələri əsasında yaranmış memarlıq, inəsənət və dini simvolikanın üzvi sintezi nəticəsində meydana çıxan memarlıq-bədii məsələlərin həllindəki cəsarətliliyi ilə heyrət doğurur.
Tədqiqatlar sübut edir ki, Qafqaz Albaniyasının erkən xristianlıq incəsənətinin meydanaçıxması və inkişafı tamamilə orjinal, yəni özünəməxsus yolla getmişdir. Buradasöhbət eyni zamanda xristianlığaqədər mövcud olmuş dini – ayinlərin simvolikası əksolunan və müsəlman qəbirlərinin müqayisəsi və Qafqaz Albaniyasının yazılı daşlarındangedir. Bütün Alban yazılı daşların üzərindəki xristianlığaqədərki inamların və kainat qüvvələrinin qanunauyğun şəkildə yerləşdirilməsi ilə dini – bədii qanunlara tabeedilmiş özünəməxsus təsvirlər təşkil edir ki, bu da başqa xalqların xaç təsvirlərindəyoxdur. Alban dövrünün sonlarında yaranan alban xaç daşlarının üzərindəki obrazlarınçoxlu yüzilliklər keçdiyinə görə, əvvəlcə iki sonralar üç din hakimiyyəti altındatoplanmış, harmonik olaraq yüzlərlə mümkün yazılı daşların üzərində əks olunmuşayin simvolikasıdır. Odur ki, Alban daş yazı nümunələrinin (xaçdaşlarının, başdaşlarınınvə nişandaşlarının) bax bu cür orjinallığı və özünəməxsusluğu onu digər xalqların
daş yazı nümunələrindən köklü surətdə fərqləndirir.
Mütəxəssislər Cənubi Qafqaz ərazisinə olan alban xaç daşlarını əsasən dörd qrupda cəmləşdirirlər, Xaçın, Artsak, Cuğa və Yenivəng xaç daşları.
Xaçın xaçdaşları.
Xaçın xaç daşları əsasən Kəlbəcər, Laçın, Daşkəsən, Qazax və Ağstafa rayonları ərazisində daha çox yayılmışdır. Bu xaçdaşlar Xaçın knyazlığı dövründəyaradılmışdır. Kəlbəcər və Laçın rayonlarının böyük bir hissəsi Alban Xaçın Knyazlığının tərkbində olmuşdur. Bu rayon ərazisində tədqiq edilmiş bütün stellalar memarlıq və digər bədii daş obrazlarıözünəməxsusluğu ilə fərqlənir, eyni zamanda onlar Qafqaz Albaniyasının xaçdaşları və digər stella tipləri üçün səciyyəvi olan kanon və formalardan kənara çıxmamışdır.
Artsak xaçdaşları.
Bu tip xaçdaşlar əsasən Xocalı, Ağdərə, Tərtər, Gədəbəy, Şuşa və digər rayonlar ərazisində aşkarlanmış və tədqiq edilmişdir. Artsak xaçdaşlarının ortasındakı üç dairədən ibarət böyük xonça təşkil edir. Orta dairə səkkiz bərabər hissəyə bölünmüş həndəsi hörmə şəklində həll olunur. Xonçanın mərkəzində bərabəryanlı xaç (erkən alban xaçı) təsviri yer tutur, onun da kəsişmə nöqtəsində kiçik dairəvi xonça yerləşir. Bütün kompozisiya xristian qəbir daşının sintezləşdirilmiş obrazında birləşən günəş, işıq və məhsuldarlıq simvolu kimi həll olunmuşdur. Günəş emblemi arxasındakı həyat ağacı – xaç, həmçinin günəşi təmsil edən simvolik pilləli dağdan yüksəlir. Bu isə qədim Azərbaycan ərazisində əzəldən bəri tətbiq olunan səciyyəvi üslubdur.
Cuğa xaçdaşları
Cuğa xaçdaşları Azərbaycan respublikasının İran İslam Cümhuriyyəti ilə (Güney Azərbaycan ərazisiylə) sərhəddində Araz çayı sahilində tədqiq edilmişdir. Bu xaçdaşları üzərində müxtəlif heyvan təsvirlərinin verilməsi diqqət çəkir.
Cuğa xaçdaşlarının böyük əksəriyyətində eyni bir təsvir təkrar olunur: qarşı-qarşıya durmuş iki qanadlı əjdahanın bədəni buynuz zirehlə örtülmüşdür. Onların adətən açıq ağızları yana çevrilmişdir. İki əjdaha arasında qanadlı halə və ya haləyə oxşar saçı olan kişi başı təsvir edilmişdir. Ümumiyyətlə bu mürəkkəb kompozisiyalarda müxtəlif din və etiqadların (zərdüştilik, mitraizm, xristianlıq və islam) birləşməsindən yaranan simvolik qrup alban sənətkarları tərəfindən təsvir edilmişdir. Bu xristian-bütpərəst kompozisiyalar bir xalq içərisində müxtəlif dinlərin mövcud olması nəticəsində yaranmışdır. Cənubi Qafqazda yegan belə ölkə Azərbaycandır.
Yenivəng xaç daşları.
Bu tip xaçdaşlar tarixi Azərbaycan ərazisinin böyük bir hissəsində yayılmışdır. İlk nümunələri Qərbi Azərbaycanda yerləşən Yenivəng monastırı ərazisində tədqiq edildiyindən elmi ədəbiyyata da elə bu adla daxil olmuşdur. Yenivəng xaçdaşları mütəxəssislər tərəfindən nisbi də olsa bir neçə xarakterik tipə ayrılır birinci tip aşağıya doğru yüngülcə nazikləşir və yuxarıdan yumrulanır, xaç bütün stela hündürlüyündə olur.
Göstərilən tipin ən qədim, ölçülmüş və öyrənilmiş xaçdaşı Basarkeçər şəhərinin yaxınlığındakı Böyük Məzrə kəndindədir. Onun obrazının dini-simvolik və bədii həllinin əsasını pilləli dağ təşkil edir, ondan şumer həyat ağacı – xaç yüksəlir: həmin dağdan xaçın aşağı gövdəsini haşiyələyən stilizə olunmuş iki əncir yarpağı qalxır. Xaçın ortasında günəş simvolu – iki dairədən ibarət xonça və ya ən müqəddəs mərkəz yerləşir.Yenivəng xaçdaşları da kompozisiya həll baxımından Cuğa xaçdaşlarına oxşayır. Bu daşların əksərində birinci planda tanrı fiquru yerləşir.
Alban xaç daşları axar-baxarlı plastikliyi, fikir dərinliyi və əsrlər ərzində təşəkkül tapmış xalq etiqadı və ənənələri əsasında yaranmış memarlıq, incəsənət və dini simvolikanın üzvi sintezi nəticəsində meydana çıxan memarlıq – bədii məsələlərin həllindəki cəsarətliliyi ilə heyrət doğurur. Qafqaz albanlarının (sonrakı dövrdə Azərbaycan türklərinin) mifologiyasında dünyanın çoxpilləli idrakı onları hündürlüyü eninə nisbətən – ikidən beşə qədər və daha çox dartılmış nisbətlərlə stelalar (xaçdaş, başdaşı, niçandaş və s.) yaratmağa məcbur etmişdir.Xristian ikonoqrafiyası, müsəlman dekoru və bütpərəstlik simvolikasının, xristianlıq və ya islam dininə sərbəst etiqad edən albanların (azərbaycanlıların) xatirə əsərlərində çarpazlaşması onların əsas fərqləndirici əlamətidir ki, bu da Azərbaycanın qədim qəbristanların yüzlərlə stelalarında maraqla izlənir.Bu torpaqlarda yaşayan əcdadlarımız tərəfindən yaradılmış unikal xaç daşı abidələri Qafqaz Albaniyasında memarlığın inkişafına əhəmiyyətli təsir göstərmişdir.
Bədii daş nümunələrinə erməni iddiası...
XIX əsrin əvvəllərindən Cənubi Qafqazda kütləvi şəkildə kök salan ermənilər,Alban mədəniyyətinin bu nümunələrindən dərhal yararlanmağa başladılar. Onlarözlərini «böyük fəlsəfi təfəkkürə malik» olan bir xalq obrazı yaratmaq, bununladaermənilərin digər xalq və millətlərdən daha üstün olduqlarını nümayiş etdirməküçün, öz mədəniyyətlərinin, dini rəmzlərinin və xaçlarının təkmilləşdirilməsi iləməşğul olmağa başladılar. Bununla da erməni «xaçkarları» meydana gəlməyəbaşladı. Əslində xaçkar sözünün kökü fars mənşəli söz olub, fars dilindən ermənidilinə keçmişdir. Bu söz fars dilində «iş, zəhmət» mənasını verir, bunu erməni dilinə
çevirəndə «kar», daş mənasında başva düşülür. Odur ki «xaçkar» sözünün ermənidilində anlamı «xaçdaş»ı mənasını verir.
Ümumiyyətlə, Qarabağ zonasında aşkara çıxarılan xaç daşlarına daim ermənilər sahiblənməyə çalışırlar. Belə daşları onlar fürsət düşdükcə oğurlayaraq Eçmiədzinə aparıblar. Artsak xaç daşı kimi tanınan belə daşlar Ağdərə, Şuşa, Xocalı, Tərtər, Laçın, Gədəbəy və başqa ətraf rayonlarda aşkar edilmişdir. Alimlər onların arasında 1633-cü ilə aid xaç daşını ən maraqlı nümunə hesab edirlər.
Ermənilər süni surətdə məskunlaşdırıldıqları ərazilərin erməniləşdirilməsindəxaç daşlarının yayılmasını daha məqsədə müvafiq hesab edirlər. Onlar, heç bir xalqınhəyatında təsadüf edilməyən işlərlə məşğul olaraq, hər dağda dərədə, hər koldibində xaç obrazlı daşlar düzməkdən zövq alırlar. Ermənilər tarixi öz xeyirlərinədəyişdirmək üçün, xaç daşları yonaraq işğal etdikləri Azərbaycan torpaqlarında basdırmağıvə bütünlüklə xaç daşlarını bu ərazilərin hər qarışına yaymağı özlərinin əsasməqsədləri və vəzifələri kimi baxırlar. Onlar son illər xaç daşlarının istehsalına o qədərgenişləndiriblər ki, hətta belə demək mümkün olarsa Cənubi Qafqazda xaçdaşlarınınistehsalçılarına çevrildilər. Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində xaçdaşlarınınistehsalı ilə məşğul olmaları, ilk baxışdan xristianlığın təbliği kimi görünsə də,əslində bu prosesin gedişi Azərbaycan torpaqlarının erməniləşdirilməsinə xidmətedir. Onlar sadəcə, heç bir bədii məna kəsb etməyən cansıxıcı erməni xaçdaşlarınınyeniləşdirilməsi işlərindən cana doyaraq, son zamanlar Alban xaçdaşlarının bədiinümunələrindən və ornamentlərindən istifadə etməyə başladılar. Bu yolla ermənilər,çoxlu sayda Alban xaçdaşlarının dekorativ tərtibatı ilə eyni olan (yalnız bu daşlarınornament və bəzəklərində dəyişiklik edərək) oyma və qabartma üsulu ilə xaçdaşları, başdaşları və nişan daşları yonaraq Azərbaycanın işğal olunmuş ərazilərininmüxtəlif yerlərində, bir zamanlar regionun istirahət mərkəzləri olmuş ərazilərində,yol kənarlarında, bulaqların ətraflarında, ictimai yaşayış mərkəzlərinin baxımlıyerlərində, bağlarda, parklarda, memarlıq abidələrinin üzərlərində, qəbristanlıqlardavə eləcədə müxtəlif yaşayış ərazilərində kütləvi şəkildə yerləşdirlər.
Ermənilərin nəzarətində olan Qərbi Azərbaycan torpaqlarında və eləcədə işğalolunmuş digər ərazilərdə (ermənilər tərəfindən başdaşı formasında basdırılmış) yanyanadüzülmüş elə kütləvi xaçdaşları sahələrinə təsadüf edilir ki, bu sanki böyük biradsız qəbristanlıqları xatırladır. Bu cür kütləvi süni məzarlıqlarda daşların bədii formadahəllinə elə də fikir verilmir. Bəzən isə Alban xaç daşlarını da mövcud olduqları yerlərdən söküb gətirib, bu səpkili xaçdaşı «qəbristanlıqlarında» basdıraraq erməni xaçkarları kimi təqdim edirlər. Bu isə nəinki təkcə Alban daş sənəti nümunələrinin mənimsənilməsinə və bir daha qeyd etmək lazımdır ki, Azərbaycan torpaqlarının erməniləşdirilməsinə gətirib çıxarır.
Burada qeyd etmək yerinə düşərdi ki, klassik erməni xaç daşları, erməni dini simvollarıvə rəmzləri xüsusən də xaç təsvirlərinin özləri sadə formada olduqlarından,özünün bədii üslubuna və xarakterinə görə heç bir məna və əhəmiyyət kəsb etmir.Çünki erməni – qriqoryan xaçları hazırlanarkən onların təsvirlərində, dekorativ sənətnümunələrindən, müxtəlif ornamentlərdən və digər bəzək nümunələrindən istifadəedilməmişdir. Ona görə də erməni – qriqoryan xaçlarının dövrümüzə qədər olanbütün nümunələri, sadə formada olub, öz xüsusiyyətlərinə görə bədii sənət əsərlərisayılmırlar, bu xaçlar sadəcə olaraq kilsələrdə dini ayinlərin icrasında istifadə olunanadi bir dini vasitələrdən başqa bir şey deyildir.
Qərbi Azərbaycanın (indiki Ermənistan) Gümrü şəhəri yaxınlığındakı Azərbaycan başdaşı ilə yuxarıda təsvir edilən iki xaçdaş arasında analogiya aparan A. Axundova maraqlı nəticələr əldə etmişdir. "Stela üçbucaq şəklində tamamlanır, onun yuxarısında altguşəli ulduzlu iki xonça yerləşir. Xonçaların üstündə çevrilmiş aypara vardır. Üç göy cismi – bürc göyləri təmsil edir. Xonçanın altında Quran ayələri yazılmış üfüqi tağça vardır. Tağçanın mərkəzindən stelanın axırına qədər aşağıya doğru qabağa çıxan düzbucaqlı zolaq keçir. Əgər iki xonça arasına alınmış fiquru və çevrilmiş ayparanı nəzərə alsaq əmələ gəlmiş təsvir həm qılınca, hə də ondan daha çox xaça oxşayır. Lakin xaç xristian xaçı deyil. Belə ki, qəbir daşı müsəlma başdaşıdır, başdaşındakı təsvir isə yenə də simvolizə olunmuş həyat ağacıdır. Digər maraqlı bir cəhət isə bu daşın ətrafında çoxlu yarımdairəvi şəkildə tamamlanan müsəlman qəbir daşlarının olmasıdır." Bu abidələrin yerləşdikləri ərazilərdən həmin ərazilərin yerli əhalisi – Azərbaycan türkləri deportasiya olunduğundan, Azərbaycan tarixi və mədəniyyətinin tədqiqi üçün çox qiymətli olan bu sənət əsərlərinin taleyi haqqında heç bir məlumat yoxdur.
Bununla belə ermənilər Cənubi Qafqazda öz varlıqlarını yetərincə sübut etməkvə yüksək erməni mədəniyyətinin mövcudluğuna insanları inandırmaq üçün,özlərinin nəzarətində olan ərazilərdə müxtəlif dövrlərə məxsus dekorativ sənətnümunələrinin eləcədə daş, divar yazıları üzərində forma və məzmun dəyişiklikləriedir, bu abidələrin ermənilər tərəfindən yaradıldığı və ya inşa edildiyi barədə saxtadəlillər yaradaraq bunları erməni mədəniyyətinin nümunələri kimi təqdim edirlər.Bundan sonrakı mərhələdə isə ermənilər geniş təbliğat kompaniyasına başlayır,öz təbliğat işlərində bu abidələrdən maddi sübut kimi istifadə edirlər. İşğal edilmişərazilərdə bu cür mənimsənilməyə daha çox xristianlığa qədər olan dövr Azərbaycanabidələri və Alban xristianlıq dövrü abidələri məruz qalmışdır. Bu isə Cənubi Qafqazdaqədim Alban mədəniyyətinin tamamilə məhv edilmək təhlükəsini artırır. Soxtəhlükəli bir məqam da ondan ibarətdir ki, son dövrlər erməni mətbuatı Cənubi QafqazdakıAlban dövlətini və Alban mədəniyyətinin varlığını tamamilə inkar edərək,bir zamanlar bu ərazilərdə Alban dövləti deyil, qədim bir erməni dövlətinin mövcudluğunuiddia edirlər. Bununlada ermənilər Cənubi Qafqazda min illik tarixi olanAlban dövlətinin mövcudluğunun üstündən birdəfəlik xətt çəkərək, qədim Albanmədəniyyətinə sahib çıxmaqla özlərinin təcəvüzkar bir millət olduqlarını bir dahagöstərmiş olurlar.
Qafqaz Albaniyasında şərq xristianlığına aid memarlığın bütün növləri inkişafetmişdi. Alban xristianlığının ilk dövrü üçün xarakterik olan kilsə tikintiləri idi. Bukilsələr, uzunsov ibadət zalı olan birnefli məbədlərdən ibarət olmuşdur. Bu növməbədlərin üstü ikiqatlı sadə daşla örtülürdü. Albaniyanın xristianlıq memarlığı üslubunda«dairəvi məbədlər» deyilən xüsusi memarlığı da geniş yayılmışdı. Albaniyanınxristianlıq memarlığının ən kütləvi forması isə sovmələrdir. Sovmələr, karvanyolları kənarlarında kiçik ibadətgah rolunu oynasalar da, onlar əslində momerialtikililərdir. Bu ərazilərdə həm mehrabsız, həm də mehrablı sovmələrə təsadüfolunur.Sovmələrin divarları bir qayda olaraq, zəif naxışlara malik nişan daşlarıylabəzədilirdi.
Alban dövrünün ən mürəkkəb quruluşlu tikililəri isə monastrlar hesab olunurlar.Bir çox tədqiqatçılar hesab edirlər ki, bu üslub Cənubi Qafqazda yalnız Albandövrü memarlıq abidələrinə məxsusdur.Çünki Alban dövrü memarlıq abidələri üzərindəki elementlər yalnız bu dövr abidələrinin özünəməxsus xüsusiyyətlərikimi dəyərləndirilir. Bu ərazilərdə geniş sahəli, mürəkkəb formaya malik, müasirdövrümüzə qədər daha yaxşı formada gəlib çıxan bazillikaların tikilməsi VI – VIIIəsrlərə təsadüf edir. Bazillikaların geniş zalı, sıra sütunları ilə bir neçə nefə (hissəyə)bölünürdü. Ümumi ansambıla uyğun olaraq hər nefin şərqində yarımkümbəz formalıçıxıntılar düzəldilirdi. Oradakı iri çıxıntı mehrab rolunu oynayırdı. Bazillikaların üstörtüyü də digər tikintilərdən fərqlənirdi. Belə ki, onların orta hissəsinin kümbəzləriçıxıntı ilə tamamlanırdı. Bir qayda olaraq bazillikaların qərb tərəfində, binanın tavanındaxüsusi sütunlar üzərində zəng asmaq üçün yer qurulurdu.
Məlumdur ki, ermənilər xristian amilindən istifadə edərək, bu ərazilərdəkiabidələri erməniləşdirməklə bu tipli abidələrə sahib çıxmaq istəyirlər. Lakintədqiqatlar göstərir ki, hətta xristianlıq dövrü abidələri belə nə erməni dininə, nədə erməni əxlaqına uyğun gəlmir. Belə ki, Azərbaycan ərazilərindəki Alban xristianabidələrinin tarixi – arxeoloji və memarlıq baxımından tədqiqi xristianlığın bir çoxxüsusiyyətlərini aydınlaşdırmağa imkan verir. Alban dövrünün xristianlıqla əlaqədarmaddi mədəniyyət nümunələrini, memarlıq abidələrini, nişan daşlarını, qəbirüstüabidələri, kilsə avadanlığını, epiqrafik abidələri və s. bu kimi müxtəlif qruplarabölünərək yaşayır və bunun tədqiqatçılar tərəfindən erməni qriqoryan dininə heç biraidiyyatı olmadığı bildirilir. Bu barədə gürcü tarixçisi A.Çavçavadze «Ermənilər və qanağlayan daşlar» kitabında yazırdı ki, «ermənilər yerli albanları qriqoryanlaşdıraraqbu əraziləri isə «hayk ölkəsinin bir hissəsi» adlandırıblar. Bunun hamısı yalandır. Özişğalçı siyasətlərindən əl çəkməyən ermənilər vaxtı ilə gəlib sığındıqları Azərbaycantorpaqlarını «Şərqi Ermənistan» adlandıraraq, həmin əraziləri tarixi vətənləri, doğmamədəniyyət mərkəzləri kimi uydurmalarla mənimsəmək fikirinə düşüblər».
Azərbaycanın işğal olunmuş ərazilərində, ermənilər Azərbaycanın yeraltımədəniyyət nümunələrini, yəni arxeoloji abidələrini də ABŞ, İngiltərə, İspaniya, Niderland,İrlandiya və başqa dövlətlərin maliyə dəstəyi və iştirakı ilə xüsusi qəddarlıqladağıdırlar. Hər ilin yay ayları Erməntstanın Ekspedisya Arxeologiya və Etnoqrafiyaİnstitunun təşkilatçılığı ilə xarici ölkələrin müxtəlif arxeoloji qrupları tərəfindən Xocalı,Ağdam, Xocavənd, Şuşa, Kəlbəcər, Kərkicahan, Xankəndi ərazilərində olan bütünkurqanlar sökülərək yerlə yeksan edilmişdir. Qazıntı zamanı tapılan bütün arxeolojinümunələr, o cümlədən məişət əşyaları, əmək alətləri, ov silahları, zinnət əşyaları,saxsı məmulatları və s. Ermənistana daşınıb aparılmışdır.
Faiq İSMAYILOV
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri.
Mənbə
1. Azərbaycan Tarixi (7 cilddə) I, II cildlər,Bakı, 2007
2. Fəridə Məmmədova – Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası, Bakı, 1993
3. Fəridə Məmmədova – Moisey Kalankatlının "Alban tarixi" əsəri Qafqaz Albaniyasının ictimai quruluşu üzrə bir mənbə kimi, Bakı, 1977 (rus dilində)
4. Ziya Bünyadov – Azərbaycan VII-IX əsrlərdə,Bakı,2008
5. Moisey Kalankatlı – Alban tarixi, Mxitar Qoş – Alban salnamələri, Bakı, 2007
6. Qiyasəddin Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994
7. Rəşid Göyüşov – Qafqaz Albaniyasında xristianlıq, Bakı, 1984 (rus dilində)
8. S.T.Yeremyan – III-VII əsrlərdə Qafqaz Albaniyasında ideologiya və mədəniyyət, Moskva, 1958 (rus dilində)
9. K.V.Trever – Alban tarixi və mədəniyyətinə dair oçerklər, Moskva-Leninqrad, 1959 (rus dilində)
10. К. Алиев. К вопросу об источниках Страбона в описании древней Кавказской Албании. Ж. Доклады АН Азерб. ССР, XVI, 1960, № 4
11. Гукасян Ворошил. Тюркизмы в "Истории албан". В сб.: Структура и история тюркских языков. Баку, 1970
12. З. М. Бунятов – Азербайджан в VII – IX вв. Изд. Азерб. ССР, Баку, 1965.
13. Ф. Мамедова "История Албан " Моисея Каланкатуйского как источник по общественному строю ранее средневековой Албании, Изд. Елм, Баку, 1977
14. D. A. Axundova, M. D. Axundov – QafqazAlbaniyasınınstellalarındadinisimvolikavədünyanınmənzərəsi, Azərbaycanabidələridərgisi, N1, Bakı, AzərbaycanDövlətNəşriyyatı, 1984
15. Истоия Азербайджана. Изд АН Азерб. ССР, Баку, 1958 стр 177-178
16. Л.Азарян. Армянские хачкары, 1973, şək. 162, səh 163
17. Faiq İsmayılov "Məcburən erməniləşdirilmə" – 2009-cü il