hemle

Metro yenidən bağlana bilər - VİDEO

Tarix:20-09-2020, 18:49
Baxış Sayı:425

Bakı Metropolitenində əsas tələblərə riayət edilməməsi metronun yenidən bağlanmasına səbəb ola bilər.

KONKRET.az Xezerxeber.az-a istinadla xəbər verir ki, metropolitendə əsas tələblər tibbi maskanın taxılması və sosial məsafənin qorunmasıdır.

Xüsusən tibbi maska sərnişinlərdən stansiyaya girişdə tələb olunur. Lakin stansiya platformalarında, əsasən də qatarlarda sərnişinlərin bir sıra hallarda bu qaydalara riayət etməməsi ilə rastlaşılır. Bu hal isə metronun yenidən bağlanmasına gətirib çıxara bilər.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, metropolitenin bütün stansiyalarında karantin qaydalarına riayət edən və etməyən sərnişinlərə rast gəlinir.

Bəxtiyar Məmmədov bu prosesdə vətəndaşların sosial məsuliyyət daşıdıqlarını deyib.

Qurum rəsmisi bildirib ki, bu cür halların baş verməməsi üçün təkcə platformalarda deyil, qatarlara minərkən də maskalar təyinatına uyğun taxılmalıdır.


ATESH,AZ

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir