hemle

Metroda maska taxmayan sərnişinləri hansı cəza gözləyir?

Tarix:18-05-2020, 16:15
Baxış Sayı:377

Məlum olduğu kimi, mayın 15-də Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus mübarizə çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir qisminin yumşaldılması ilə bağlı verilən qərar bu gündən etibarən qüvvəyə minib. Nəticədə metroda ötən günlərlə müqayisədə müəyyən qədər sıxlıq yaranıb.

Müşahidələr göstərir ki, yaranan sıxlığa baxmayaraq, vətəndaşlar sosial məsafə və maska qadağasına əməl etmirlər. Əksəriyyət metroda yoxlanışdan keçdikdən sonra maskasını çıxarır, üstəlik qadağan olunan oturacaqda əyləşir. Maraqlıdır, metropoliten problemin həlli üçün nəzarət mexanizmini gücləndirə bilər?

Turkustan.info bildirir ki, məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, sərnişlərin sayında nisbi artım var və buna görə sərnişinlər artıq daha da məsuliyyətli olmalıdırlar: “Karantin yumşaldılmasının növbəti mərhələsi başlayıb deyə, sərnişin artımı gözlənilən idi. Sosial məsafənin qorunması, xüsusilə də tibbi maskaların taxılması məcburi qayda olaraq qalır. Tibbi maska ilə bağlı ən böyük problemimiz ondan ibarətdir ki, sərnişinlər yoxlama məntəqəsindən keçdikdən sonra maskanı ağız-burun boşluğundan aşağı salır və yaxud çıxararaq ciblərinə qoyurlar. Amma birmənalı şəkildə hamı bilməlidir ki, stansiyaya daxil olduqdan sonra mənzil başına çatanadək tibbi maska taxılmalıdır. Bu, sərnişinlərin nəzarətində olan məsələdir, sərnişinin sosial məsuliyyəti olmalıdır. Sosial məsafə ilə bağlı da vəziyyət eyni qaydadadır”.

Bəxtiyar Məmmədov qeyd edib ki, əksəriyyət metropolitenin hansısa zəruri addımlar atmasını gözləyir, amma metropoliten öz tərəfindən mümkün bütün texniki addımları atıb. Sərnişinin təhlükəsizliyi ən vacib məsələlərdən biridir. Hər hansısa sədlərin quraşdırılması sərnişin hərəkətinə mane olmamalıdır: “Vaqonlarda maneə quraşdırmaq mümkün deyil. Sərnişinlər məsuliyyətli olmaq yerinə, qadağan olunan oturacaqda əyləşirlər. Ayaqüstə dayanan 1-2 sərnişin olar. Axı orada sosial məsafənin qorunmalı olduğu yazılıb. Düşünürəm ki, sərnişinlər bunu tənzimləyə bilərlər. Hansısa inzibati məsuliyyət tətbiq olunmadan qaydalara riayət oluna bilər. Yumşaldılma varsa, bunun davamlı olması üçün çalışmalıyıq. Metropolitendən istifadə edən sərnişinlərin də öz vəzifələri var. Bu hamımızın birlikdə işi olmalıdır. Ehtiyac yoxdursa, metropolitendən istifadə etməməlidirlər”.

Həmsöhbətimiz ictimai qınağın da sərnişinlərin məsuliyyətini artıra biləcəyini vurğulayıb: “Bununla bağlı gün ərzində kifayət qədər xəbərdarlıq olunur, sadəcə onlar o həddə olur ki, sərnişinlər yorulmasın. Biz davamlı şəkildə qaydaları səsləndirsək, diqqətə almaya bilərlər. Çünki psixoloji bir şeydir, kiməsə bir şeyi çox dedikdə onu etmək istəmir. Sosial məsuliyyətlərinin hiss etdirməkdə ictimai qınaq da mühim rol oynayır. Metro işçiləri qaydaları sərnişinlərə xatırlatdığı kimi, sərnişinlər də vaqonlarda bir-birinə tövsiyyə verməlidirlər. Bu, müvəqqəti prosesdir. Bir gün koronavirus olmayacaq. Dünyanın heç bir yerində bununla bağlı xüsusi qəbul edilmiş qayda yoxdur. Hər bir sərnişinməsələnin ciddiliyini dərk etməlidir”.

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ