hemle

METRO FƏALİYYƏTİNİ BƏRPA ETMƏYƏ TAM HAZIRDIR – RƏSMİ

Tarix:7-05-2020, 17:28
Baxış Sayı:398

Bakı Metropoliteninin stansiyaları fəaliyyətini bərpa etmək üçün tam hazırdır.

ONN media xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, metropoliten rəhbərliyi bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləyir:

“Hələlik metronun fəaliyyətə başlayacağı tarix barədə bizə heç bir göstəriş verilməyib. Qərar nə vaxt verilsə, həmin vaxtdan metro fəaliyyətini bərpa edəcək. Operativ Qərargah hansı qərar və şərtlər açıqlasa, həmin qaydalarla işləməyə hazırıq. Qaydalara uyğun olaraq metroda dezinfeksiya və təhlükəsizlik tədbirləri davam etdiriləcək. Əgər karantin dövründə metronun fəaliyyəti bərpa olunarsa, qurumun iş prinsipi Operativ Qərargahın müəyyən etdiyi qayda və şərtlərinə uyğun qurulacaq”.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
15:56 Məktəbli formaları ilə bağlı YENİLİK
15:53 Bu tarixdə qısa iş günü olacaq
15:45 "Azpulmat" - sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
15:43 Sabah leysan yağacaq, güclü külək əsəcək
15:39 Ukrayna Rusiyanın strateji bazalarını bu məqsədlə vurub: Moskvanın cavabı necə olacaq?
15:36 Adı gizli saxlanılır: İranın Azərbaycana təyin etdiyi yeni səfir kimdir?
15:33 İçərişəhərlə bağlı yeni məhdudiyyət
15:31 İlham Əliyev Pakistanın energetika nazirini qəbul etdi - YENİLƏNDİ