hemle

Bakıda bu hospitalda xəstəni şikəst ediblər - İDDİA - FOTO

Tarix:5-09-2020, 13:26
Baxış Sayı:486

“Bir ilə qədər müalicə aldığım “Stimul Hospital” məni şikəst edib. Müalicəmin 3-cü ayından etibarən çəkim 30 kilo artdı, piy qatları anormal şəkildə bədənimin yuxarı nahiyəsinə toplanmağa başladı və əcaib görünüş aldım. Saçlarım qısa müddətdə alopesiya formasında tökülməyə başladı. Ağır depressiya yaşayıram, evdən bayıra çıxa bimirəm”.

KONKRET.az xəbər verir ki, bu şikayətlə Bakı sakini Səbinə Axundova müraciət edib.

Onun sözlərinə görə, klinikaya 2016-cı ildə saç tökülməsi ilə bağlı müraciət edib. Endokrinoloq Amaliya Əmirova tərəfindən qəbul olunub və həkim ona “zəhərli zob” diaqnozu qoyaraq müalicəyə başlayıb.

Lakin pasiyent iddia edir ki, nəinki problemi həll olunub, hətta əlavə xəstəliklər də qazanıb:

“Qəbul etdiyim dərmanlar sırasında ağır hormonal dərman olan “Tirozol” da var idi. Bu dərmanı atdığım ilk həftədən dadbilmə hissiyatımı itirdim, dilimin üst hissəsi qaraldı. Sinir sistemim gərgin vəziyyətdə idi, elə olurdu ki, iki-üç gecə yuxusuz qalırdım. Tez-tez huşumu itirirdim, ürəkbulanma və qusmadan əziyyət çəkirdim. Bütün bədənim, saçımın dərisi yağlanmağa başladı, hər iki saatdan bir duş qəbul etmək məcburiyyətində idim. Gecələr məndə boğulmalar olurdu və polikistozdan əziyyət çəkməyə başlamışdım. Bədənim tamamilə tüklənmişdi, özümü tanıya bilmirdim. Göz yaşları içərisində həkimə zəng edib artıq dözə bilmədiyimi dedim. Həkim isə cavab verdi ki, bütün bunlar keçəcək, saçlarım bərpa olunacaq, nə yaxşı ki, vaxtında müalicəyə başlamışam. Həmin vaxt işlə əlaqədar məni Çeçenistan Prezidenti Ramzan Kadırov Qroznı şəhərinə dəvət etsə də, endokrinoloqun sayəsində yataq xəstəsinə çevrildiyimdən belə bir şansı da qaçırmalı oldum”, – S. Axundova bildirib.

Şikayətçinin sözlərinə görə, endokrinoloq onun vəziyyətini görüb bu dəfə klinikanın trixoloqu Şəfa Əliyevaya yönləndirib. S. Axundovanın iddiasına əsasən, təyin olunan bahalı liftinq və mezoterapiya prosedurları ilə birlikdə ona dəyən maddi ziyan 10 min manatı keçib.

Şikayətçi deyir ki, Gürcüstana gedəndən sonra ona yanlış diaqnoz qoyulduğu və müalicə aldığı deyilib:

“Məlum oldu ki, məndə heç vaxt endokrinoloji problem olmayıb və indiyə qədər səhv müalicə olunmuşam. Bunun rəsmi sübutu kimi sonsuz sayda analiz və resept siyahısı, həmçinin Respublika Endokrinoloji Mərkəzinin komisyon ekspertizasının rəyi var”.

İki azyaşlı uşaq anası olan pasiyent şikayətlə bağlı klinika rəhbərliyinə müraciət edib:

“Əvvəlcə dəyən maddi və mənəvi ziyanın klinika tərəfindən ödəniləcəyini bildiriblər. Lakin bu günə qədər nəinki ödəniş olunmayıb, heç üzr də istəməyiblər”.

Bundan sonra şikayətçi məhkəməyə üz tutub. O, səhv diaqnoz və yanlış müalicə iddiası ilə həkim Amaliya Əmirovanı məhkəməyə verib. Sentyabrın 1-də Sabunçu Rayon Məkhəməsində ilkin məhkəmə iclası keçirilib. Növbəti məhkəmə iclası isə sentyabrın 16-a təyin olunub. Həmçinin iddiaçı tərəf pullu ekspertiza təyini üçün vəsatət qaldırıb və təmin olunub.

Məsələ ilə bağlı Qafqazinfo “Stimul Hospital”la əlaqə saxlayıb lakin cavab ala bilməyib.

Klinikadan bildirilib ki, yanlış diaqnoz qoymaqda ittiham olunan həkim hazırda xəstəxanada deyil:

“Bizim bu barədə danışmağa səlahiyyətimiz yoxdur, özünü tapıb danışa bilərsiniz. Hazırda həmin həkim burada yoxdur. Karantinlə əlaqədar işçilərimizin çoxu işləmir”.


Digər xəbərlər
13:20 Aİ Rusiya ilə müharibəyə hazırlaşır: sakinlərə qida və su ehtiyatı yığmaq tapşırıldı
13:18 2024-cü ildə Azərbaycanda bələdiyyə seçkiləri keçirilməyəcək
13:14 Ukrayna cəbhəsi dağıldı: Rusiya ordusu sürətlə irəliləyir
09:59 Miqreni adi başağrısından necə ayırmaq olar?
09:57 AYNA-dan COP29 zolaqları ilə bağlı XƏBƏRDARLIQ
09:54 Zelenskidən vəsiyyətnamə yazmağı xahiş ediblər - Qərbin şok planı üzə çıxdı
09:53 Paşinyan növbədənkənar seçkiyə gedir: Əliyevin icazəsi lazımdır - DETALLAR
09:45 Durov ELAN ETDİ: ""Telegram" bu yolda ilk addımı atdı" - Nə baş verir?