hemle

Səhiyyə Nazirliyi xəbərdarlıq etdi: Koronavirusun müalicəsi üçün özbaşına dərman qəbul etməyin

Tarix:23-04-2020, 16:18
Baxış Sayı:403

Səhiyyə Nazirliyi koronavirusun müalicəsində dərman vasitələrinin həkim göstərişi olmadan qəbul edilməməsi üçün vətəndaşlara müraciət edib.

Nazirliyin məlumatında qeyd edilir ki, dərman qəbul edərkən həkimlə məsləhətləşmək vacibdir:

“Son zamanlar mövcud vəziyyətlə əlaqədar bir çox saytlarda koronavirusun (COVID-19) müalicəsində müxtəlif dərman vasitələrinin effektivliyi, bu preparatların virusun yaratdığı vəziyyətin aradan qaldırılmasında müsbət təsirləri gündəmə gətirilir və istifadəsi tövsiyə olunur.

Ümumiyyətlə, hər hansı dərman vasitəsinin qəbulu həkim nəzarəti altında olmalıdır. Çünki dərmanların səhv və nizamsız qəbulu müalicə effektinə mənfi təsir edir və insana xeyirdən çox zərər verə bilər. Yadda saxlamaq lazımdır ki, dərmanlardan qeyri-rasional istifadə halları orqanizmdə bir çox fəsadların yaranmasına və zəifləməsinə səbəb olur. Bundan başqa, özünü müalicə halları çox zaman ağır nəticələr verir, rezistentlik, allergiya, əlavə təsirlər və s. kimi bir sıra fəsadlara yol açır.

İnsanın sağlamlığı öz əlindədir və bu həssas dövrdə vətəndaşları dərman qəbulunda daha diqqətli olmağa çağırırıq. Nəzərə alın ki, internet resurslarında yerləşdirilmiş qeyri-rəsmi və qeyri-peşəkar məlumatlar həqiqətə uyğun olmaya bilər. Bu məlumatlara inanmaq sağlamlığınıza ciddi zərər vura bilər. Hər hansı dərmanın qəbulu və istifadəsi zamanı həkim məsləhəti mütləqdir!”

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı