hemle

Toyların keçirilməsi ilə bağlı AÇIQLAMA

Tarix:1-09-2020, 13:03
Baxış Sayı:404

Operativ Qərargahın yeni qərarı ilə Bakı, Sumqayt şəhərləri, Abşeron rayonu istisna olmaqla ölkə ərazisindəki sərt karantin rejiminə son qoyuldu. Lakin bu, o demək deyil ki, virus yoxa çıxıb, yenidən yayıla bilməz, digər rayonlarda alovlana bilməz.

ATESH,AZ saytı Sfera.az saytına istinadən xəbər verir ki, bunu "Azvision"a Milli Məclisin deputatı Musa Quliyev deyib.

"Hesab edirəm ki, koronavirusun geniş şəkildə tətbiq olunan vaksini tapılmayınca pandemiyanın diktə etdiyi şərtlər daxilində yaşamağa davam etməliyik. Bu şərtlər fiziki məsafəyə və təcrid qaydalarına əməl etmək, maska taxmaq, dezinfeksiyaedici vasitələrdən istifadə etmək və məsuliyyətli olmaqdır.

Bütün bu şərtləri yerinə yetirsək koronavirusun bizim üçün o qədər də qorxusu yoxdur. Qapalı məkanlarda mütləq maska taxmalıyıq. Qanunvercilik də bunu tələb edir. Həkimlərimiz də bildirir ki, koronavirusun yoluxma ehtimalı qapalı məkanlarda açıq havadan qat-qat yüksəkdir. Heç kəs bilmir ki, yanındakı şəxs virus daşıyıcısıdır, virusa yoluxub, ya yox. Ona görə istənilən qapalı məkana daxil olan zaman maska taxmaq olduqca zəruridir”, - deyə millət vəkili bildirib.

Toy və yas mərasimlərilə bağlı qadağanın qüvvədə qaldığını bildirən deputat qeyd edib ki, toyların keçirilməsi üçün müəyyən, çox güman ki, yüngül şərtlər olacaq:

"Çünki ömür boyu insanlara toy mərasimini keçirməyə qadağa qoymaq olmaz. Bunlar hamısı diktə edir ki, özümüzü qoruyaq. Mart, aprel, may aylarında insanlar koronavirusun olduğuna inanmırdı. Artıq insanlarda şübhə yoxdur ki, virus var. Amma başqa problem ortaya çıxıb. İnsanlarda məsuliyyət hissi bir o qədər deyil.

Virus nə qədər azalırsa, qonşu, qohumda yoluxan olmayanda, düşünürlər ki, daha virus yoxdur. Ona görə də məsuliyyət hissimizi ayıq saxlamalıyıq və tibbi qaydalara əməl etməliyik”.
ATESH,AZ

Digər xəbərlər
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
09:52 Bu müəllimlərin maaşı ARTIRILDI - MƏBLƏĞ
09:45 Türkiyədən COP29-a neçə nəfər gəlib? - Nazir AÇIQLADI
09:43 Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
09:40 "Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
09:36 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
09:33 Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR