hemle

Vasıf Talıbov karantin qaydalarını belə pozdu - FOTOLAR

Tarix:8-07-2020, 21:33
Baxış Sayı:450

hemlemedia.az saytı xəbər verir.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisin sədri Vasif Talıbov karantin qaydalarını pozub.

Anews.az xəbər verir ki, Vasıf Talıbov Naxçıvanda yeni Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. Açılışda iştirak edən məmurlar ölkədə sərt karantin qaydalarını kobud şəkildə pozaraq heç bir qaydalara əməl etməyiblər.

Belə ki, 5 nəfər toplaşmaq icazəsi olduğu halda 10 nəfər toplaşaraq sosial məsafəni gözləməyib. Bundan əlavə Vasıf Talıbov qapalı məkanda maska taxmayıb. Halbuki, prezident İlham Əliyev dəfələrlə xalqa qapalı məkanlarda maska taxmağı tövsiyyə edib.

Qeyd edək ki, Naxçıvanda 142 koronavirusa yoluxan xəstə var. Onlardan 11 nəfəri vəfat edib.

Digər xəbərlər
19:09 İstanbulda güclü partlayış oldu
19:02 "Whatsapp"da yenilik - Söhbətləri kopyalamaq qadağan olunur
18:59 Hava bu tarixdən yenidən pisləşir - Dolu düşəcək, sulu qar yağacaq
18:57 10 gün iş olmayacaq
18:55 Qaz olmayacaq - Saat 10:00-dan
18:51 Qondarma “soyqırımı” ilə bağlı gizli əmr - Erməni səfirlərə nə tapşırılıb?
17:57 Simpsonlar bunu da öncədən bildi: İstanbul zəlzələsi ilə bağlı qorxulu proqnoz
17:54 İlham Əliyevin Çinə dövlət səfəri başa çatdı