hemle

BU ÖLKƏ KORONAVİRUSA QALİB GƏLDİ

Tarix:23-04-2020, 23:48
Baxış Sayı:436

Çin hökuməti bir müddət əvvəl iddialı açıqlama vermişdi ki, ölkə koronavirusa son qoyub. İndi də Asiyanın başqa bir ölkəsi bunu elan edib.

ONN media xəbər verir ki, Vyetnam koronavirusun axırına çıxdığını bildirib. Bir həftədir ölkədə heç bir yeni virus daşıyıcısı qeydə alınmır. Böyük şəhərlərdə həyat bərpa olunmağa başlayıb. Mağazalar, kafelər, məktəblər açılıb. İctimai nəqliyyat işə düşüb. Düzdür, Hanoy və Hoşimində məhdudlaşdırma davam edir. Amma sosial məsafəni qorumaq və maska taxmaqla həyata davam etmək mümkündür.

Vyetnamda həyəcan təbili xeyli əvvəl çalınmışdı. Yanvarda bütün məktəblər bağlanmışdı. Martın 16-dan isə sərt karantin rejiminə keçilmişdi. Bundan 9 gün sonra bütün aviareyslər ləğv edilmişdi.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında Vyetnamın uğuru xüsusi qeyd olunur. Ölkədə indiyə qədər cəmi 268 virus daşıyıcısı qeydə alınıb. Halbuki Vyetnam Çinlə qonşudur, koronavirusun episentri sayılan Vuhan şəhərinə çox yaxındır. Ümumdünya Səhiyyə Təşkilatının bu Asiya ölkəsindəki nümayəndəsi Kidun Park hökumətin məsuliyyətini ayrıca fərqləndirib. Yaşlı adamlar deyir ki, müharibədən sonra heç vaxt belə sərt intizam görməmişdilər. (Qazet.az)

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı