hemle

BU ÖLKƏDƏ KORONAVİRUSDAN ÖLƏNLƏRİN SAYI 25,5 MİNİ ÖTDÜ

Tarix:23-04-2020, 22:42
Baxış Sayı:344

İtaliyada yeni növ koronavirusa daha 2 646 yoluxma halı qeydə alınıb.

ONN media xəbər verir ki, bunu ölkənin Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli deyib.

Onun sözlərinə görə, ölkə ərazisində koronavirusa yoluxanların ümumi sayı 189 973 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 464 ölüm halı qeydə alınıb, ölənlərin ümumi sayı 25 549 nəfər təşkil edir.

A.Borrelli qeyd edib ki, ötən sutka 3 033 nəfər koronavirusdan sağalıb. Departament rəhbəri əlavə edib ki, koronavirusdan sağalanların ümumi sayı 57 576 nəfərə çatıb.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
15:56 Məktəbli formaları ilə bağlı YENİLİK
15:53 Bu tarixdə qısa iş günü olacaq
15:45 "Azpulmat" - sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
15:43 Sabah leysan yağacaq, güclü külək əsəcək
15:39 Ukrayna Rusiyanın strateji bazalarını bu məqsədlə vurub: Moskvanın cavabı necə olacaq?
15:36 Adı gizli saxlanılır: İranın Azərbaycana təyin etdiyi yeni səfir kimdir?
15:33 İçərişəhərlə bağlı yeni məhdudiyyət
15:31 İlham Əliyev Pakistanın energetika nazirini qəbul etdi - YENİLƏNDİ