hemle

Qanun şahdır yoxsa şah qanundur???

Tarix:25-08-2020, 23:09
Baxış Sayı:604

Azərbaycan Hüquqi dövlətdir və qanunlarla idarə edilməlidir. Lakin illərdir Azərbaycan Konstitusiyası və qanunları pozulur. Vətəndaşların hüquqları ayaqlar altına atılır. Hakimiyyətlə xalqın arasında uçurum yaradılır. Azərbaycanın nüfuzu, Azərbaycanın iqtisadiyyatı, Azərbaycanın ərazi bütövlüyü məhv edilir. Dövlətin içində dövlət yaradaraq düşmənlərlə əlbir olub minlərlə vətən övladının qanı bahasına qazanılmış Azərbaycan dövlətinin müstəqilliyi təhlükə qarşısında qoyulur. Ermənistan adı altında Rusiya ordusu tərəfindən işğal edilmiş vətənimiz Qarabağın faktiki olaraq işğalda saxlanmasını həyata keçirən Rusiyanın köməkçisi rolu oynanılır. Azərbaycan hakimiyyətinin çox əhəmiyyətli bir sahəsini min bir hiylə ilə ələ keçirən Ramiz Mehdiyevin bu əməllərinin qarşısının alınması üçün ölkə başçısının apardığı mübarizəyə dəstək olmaq vətəndaş olaraq borcumuzdur. Azərbaycan xalqının firavanlığı üçün çalışan ölkə başçısının iradəsinin ziddinə əməllər törədən Ramiz Mehdiyev özünü 10 minyonluq Azərbaycan əhalisindən çox yüksək hesab edərək toy məclisi qurmaqdan belə çəkinmir. Əslində toy elimizin ən gözəl adətlərindən biridir. Lakin dünyanı cənginə alan Korona virus pandemiyasının tüğyan etdiyi, ölkə əhalisinə yas mərasimlərinin belə keçirilməsi üçün icazə verilmədiyi bir zanmanada bu “böyük” məmur, bu eqoist adam toy məclisi qurmaqla ölkə qanunlarını, prezidentin sərəncamlarını ayaqları altına alır. Özünü ölkədə hakimi mütləq kimi təqdim etməklə Azərbaucan Prezidentinin qarşısında “əzələ” nümayişinə çıxır. Azərbaycan hökuməti və xalqımız haqlı olaraq bu məsələlərə ciddi şəkildə etiraz edərək belə halların qarşısının alınmasını vacib hesab edirik. Qanunları pozanların cəzalanması vacibdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə məmurlara xalqın xidmətində olmalısınız deməsinə baxmayaraq Ramiz mehdiyevlər buna məhəl qoymadılar. Elə buna görə də haqlı olaraq cəza tədbirləri həyata keçirilir. Hesab edirik ki, qanun qarşısında hər kəs eyni səviyyədə məsuliyyət daşıyır. Qanun qarşısında hər kəs öz məsuliyyətini anlamalıdır. Biz uzun illərdir Azərbaycan dövlətinə və xalqımıza saysız zərbələr vuran, bu çox yaşlı məmurun nəhayətki nəticələri ilə dincəlməsinin, və ya cinayəti varsa həyatını həbsxanada keçirməsinin təmin edilməsini arzu edirik. Çox inanırıq ki, Ramiz Mehdiyev tezliklə Azərbaycan xalqının həyatından uzaqlaşdırılacaq. Onun bizə zərər vermək imkanları tam olaraq əlindən alınacaq. Bu Dövlətçiliyimizin qorunması naminə çox vacibdir.
MVQSYİB-nin sədri Radə Abbas.

Digər xəbərlər
19:48 İnfarktı əngəlləməyin sadə yolu....
19:45 Bu şəxslər Türkiyəyə şəxsi maşınlarla gedə bilər
19:43 Hərbçilərimizin düşdüyü qəzada ölənlərin sayı 7-yə çatdı
19:32 Sabah Yasamalda qaz olmayacaq
19:27 Hər 7 gəncdən birində bu problem var: ölümlə nəticələnir
19:25 Putin: "KTMT Qarabağda Ermənistanın tərəfində döyüşməməli idi"
19:22 Parlamentdə U dönüşü: Deputatların "şparqalka"sını kim hazırlayıb?
09:39 Ağız və dişlərə qulluq nə üçün vacibdir?