hemle

Alimlər koronavirus pandemiyasının başladığı yeri izləyiblər

Tarix:Bu gün, 14:43
Baxış Sayı:501

Alimlər ölümcül koronavirusların mənşəyini yenidən araşdırıblar.

Hər iki pandemiyanın - 2003-cü ildə SARS və 2020-ci ildə COVID -19-un çox güman ki, eyni şəkildə başladığını aşkar ediblər: Çindəki vəhşi heyvan bazarından.

Təfərrüatlar

“The New York Times“ın “Cell” jurnalındakı araşdırmaya istinadən verdiyi məlumata görə, yeni genetik analiz viruslar arasında təəccüblü oxşarlıqlar olduğunu göstərib: hər ikisi yarasalarda yaranıb, lakin heyvan bazarlarında satılan vəhşi məməlilər vasitəsilə insanlara keçib.

Alimlər heyvanlarda koronavirusun və əlaqəli virusların yüzlərlə genomunu təhlil ediblər və patogenlərin insanlara necə “sıçradığını” dəqiq izləyə biliblər. Maraqlıdır ki, yarasalarda SARS-CoV-2-nin son mutasiyası 2012-2014-cü illər arasında - pandemiyadan çox əvvəl baş vermiş ola bilər.

Hər iki halda virus yarasaların təbii yaşayış yerindən uzaqda yerləşən şəhərlərdə peyda olub. Bu, onların infeksiyada birbaşa iştirakını istisna edir və meqapolislərə satış üçün daşınan vəhşi heyvanlar haqqında nəzəriyyəni gücləndirir. 

Araşdırmaçılar xəbərdarlıq edirlər: nə qədər ki, vəhşi fauna ilə şəhər mərkəzlərində alqı-satqıya davam edir, yeni bir pandemiya yalnız zaman məsələsidir.

Digər xəbərlər
14:53 AZAL Hindistan və Pakistana reysləri bərpa edir
14:51 NİİM-dən velosiped və skuter idarə edənlərə müraciət
14:49 Türkiyədə ardıcıl iki zəlzələ oldu
14:47 Prezident təsdiqlədi: Sosial xidmətlərin sayı artırıldı
14:43 Alimlər koronavirus pandemiyasının başladığı yeri izləyiblər
14:37 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
14:34 Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
14:32 Günəşdə güclü partlayış baş verib