Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Bilirliyinin AŞPA-ya müraciəti
Uzun illərdir davam edən, Ermənistanın Azərbaycana qarşı elan edilməmiş müharibəsi nəticəsində 30000(otuz min) nəfərə yaxın vətəndaşımız qətl edilib. Azərbaycan türklərinin əzəli əbədi vətəni olan Qarabağda ermənilərin işğalı altında qalan tarix mədəniyyət abidlərimizin dağıdılması, çox hallarda özününküləşdirlməsi, qəbristanlıqlarımızın yox edilməsi bizim tarixi vətənimizə olan haqqımızı yox edir. Tarix mədəniyyət abidləri bəşəriyyətə məxsusdur. Abidələri məhv etmək bəşəri cinayətdir.
20 faiz Azərbaycan ərazilərinin işğalına və milyardlarla dollar maddi ziyana səbəb olan Ermənistanın Azərbycana elan edilməmiş müharibəsinin acı nəticələri xalqımıza və dövlətimizə çox böyük zərər vurub.
Faktiki olaraq Ermənistan işğalçı dövlət kimi tanınırsa nədən beynəlxalq təşkilatlar, ayrıca AŞPA işğalçı dövlət haqqında ölçü götürmürlər?
1992-93-cü illər ərzində BMT-nin Qarabağın Ermənistanın işğaldan azad edilməsi haqda qəbul etdiyi məlum 4 qətnaməyə məhəl qoymayan işğalçı Ermənistana qarşı heç bir ölçü götürülmür. Sizlər isə qəbul etdiyiniz sənədə hörmət və ehtiram göstəmədən Ermənistanı cəzalandırmırsınız.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qarabağın işğaldan azad edilməsi məqsədi ilə göstərdiyi səylərinin, apardığı mübarizəsinin qarşsını müxtəlif bəhanələrlə almağa çalışan AŞPA haqda olan son çıxışı haqlı iddihamdır. Biz prezidentimizin bu çıxışının hər kəlməsini dəstəkləyirik və hesab edirik ki, AŞPA öz məsuliyyətini nəhayət ki, qəbul etməlidir. Qarabağın Ermənistanın işğalından azad edilməsi üçün aparılan 28 ildir heç bir nəticə verməyən bütün danışıqlara son qoyulmalı, Ermənistanın Azərbaycan ərazilərindən öz ordusunu son nəfərinə qədər çıxarmasını tələb etməlisiniz. Əks halda bizə maniyə yatmamalısınız. Qüdrətli Azərbaycan ordusu Qarabağı erməni işğalından azad edmək gücündədir.
1992-ci il Qarabağda Xocalı soyqırımını törədən ermənilər sanki əməllərini sizlərə güvənərək həyata keçirirlər. Əgər beylənxalq təşkilatların prinsipləri həqiqətən ədalətə, insan haqlarının qorunmasına, uşaq hüquqlarının müdafiəsinə və milliyətindən, irqindən asılı olmayaraq insanların yaşamaq, işləmək, təhsil almaq hüquqlarının qoruması prinsipinə söykənsəydi Qarabağda və Qərbi Azərbaycanda (indiki Ermənistan) ermənilər tərəfindən milyon nəfərədən artıq azərbaycanlının başına gətirilən dəhşətli soyqırım hadisəsinə həssaslıqla yanaşar. bizim hüquqlarımızın bərpasını istəyər və təmin edərdiniz. Əksinə sizlər Qarabağın işğalda qalmasında maraqlısınız. Bilirsinizmi sözdə Azərbaycanın ərazi bütövlüyünün tanınması Azərbaycan xalqının dərdinə dərman omur. Bizim vətəndaşlarımız öz dədə baba yudlarında yaşamaq hüquqlarının bərpasını istəyirlər. Elə buna görədə Azərbaycan Respublikasının Prezidenti haqlı olaraq AŞPA-nın fəaliyyətindən narazılıq etmişdir. Çünki Azərbaycan xalqı AŞPA, BMT, ATƏT kimi təşkilatların fəlaiyyətindən narazıdır. Beynəlxaq təşkilatların insanlara qarşı ayrıçseçkiliklə yanaşması bizim haqlı narazılığımıza səbəb olur. Qarabağın işğalı zamanı ermənilər Rusiyanın 366- cı motoatıcı alyının hərbi texnikası və canlı qüvvəsindən istifadə ediblər. Nəzərinizə çatdırıram ki, SSRİ deyil, Rusiya Federasiyasının ordusunun gücü ilə Qarabağ işğal edilib. Xocalıda soyqırım törədilib. Xocalı soyqırımını törədən ermənilərin başını sığallayan AŞPA, BMT, ATƏT Azərbaycanın dostu deyil. Biz xalq olaraq Azərbaycan Respublikasının Prezidentindən Qarabağın azad edilməsini, Ermənistanda girovluqda olan 4000 nəfərə yaxın soydaşlarımızın evlərinə dönməsini tələb etdiyimiz üçün cənab İlham Əliyev də öz növbəsində haqlı olaraq beynəlxalq təşkilatlara o cümlədən AŞPA-ya üzünü tutaraq Qarabağın hər hansı bir yolla olur olsun azad ediləcəyini bildirir. Lakin sizlər bizim dövlətimizin qarşısında böyük, çox böyük bir maniyə yaradırsınız. Biz haqlı olaraq Qarabağın işğalda saxlanmsınada AŞPA, BMT, ATƏT kimi böyük təşkilatları, böyük gücləri günahkar sayırıq. Azərbaycan Dövləti beynəlxalq təşkilatlara hörmətlə yanaşır. Azərbaycan qoşulduğu konvensiyalara və paktlara əməl etməyə çalşır. Lakin Azərbaycan xalqının vətəni, Azərbaycan dövlətinin ərazisi olan Qarabağın işğal altında olması hər sahədə Azərbaycan dövlətinin və xalqının qarşısında maniyələr yaradır.
Azərbaycan əhalisinin qəbul etmədiyi əsas məsələ işğalçı Ermənistana sizlərin göstərdiyiniz isti münasibətiniz, ermənilərə bizdən daha mühribançılıqla yanaşmağınızıdır. Bunun səbəbi bizə deyil, amma sizə yəqinki məlumdur. Bəs sizin ədalətiniz, bəs sizin insan haqları qorumaq missiyanız hanı? Məgər bizdə bəşəriyyətin bir parçası, uca tanrının yaratdığı, normal yaşamaq haqqı olan insanlar deyilmiyik. Məgər bizidə sizləri yaradan yaratmayıbmı? Niyə bizim haqqımızı yeyir, hüquqlarımızı ayaqlarınız altına alırsınız.
Biz sizdən allahamı şikayət edək.!!??
Radə Abbas.....