hemle

Şəhidlərə ithaf edilən “Torpaq” filmi çəkilişi ilə bağlı layihə başlandı

Tarix:16-08-2019, 19:00
Baxış Sayı:609

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ildə elan etdiyi Qrant müsabiqələrində qalib olan Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhramanlar İctimai Birliyinin “Torpaq filminin çəkilməsi” adlı filmin çəkilişi layihəsinin icrasına başlanılmışdır.
2017-ci il fevral ayında Ermənistan silahlı qüvvətlərinin bölmələri bütün cəbhə boyu hücuma keçdikləri zaman, cəbhənin Xocavənd-Füzuli istiqamətində düşmən hücumunun qarşısının alınması zamanı qəhramancasına şəhid olmuş beş nəfər hərbi qulluqçlarımızın adlarının ədəbilədirilməsindən, onların döyüş şücaətindən, vətən sevgisindən bəhs edilən layihənin icrasına başlanıldı.
Uzun illərdir işğalda qalan Azərbaycan ərazilərinin azad edilməsi dövlətin və xalqın ən ciddi problemidir. Elə buna görədə vətən uğrunda Qarabağın azad edilməsi uğrunda şəhid edilmiş soydaşlarımızın yad edilməsi onarın adlarının əbədiləşdirilməsi onlara yüksək qiymət verilməsi cəmiyyətin qarşısında duran əsas vəzifədir.
Bu gün biz şəhidlərimizi təhsil ocaqlarında, televiziya məkanlarında, icitmai fəaliyyətlərimizdə daimi olaraq gündəmdə saxlamlı onları müsbət nümunə kimi təbliğ etməldir.
Vətən, uğrunda şəhid olanlar və onların ailə üzvləri bizim baş tacımızdır. Şəhidlərin xatirəsinə hörmət və ehtiram olaraq onların adlarını tariximizə qızıl hərflərlə yazmaq vacibdir.
Son zamanalar şəhidlərin ailə üzvlərinə qarşı bir laqedydlik baş qaldlrıb. Bunların aradan qaldırılması üçün yerli İcra orqanlarının məmuları fəaliyyət göstərmirlər. Gənc nəslin tərbiyyə olunmasında mənfi rol oynayan bu hallar Azərbaycanın Qarabağ üçün haqq davasında əngələ çevrilir. Mübarizənin önündə gedən əsas qüvvə sayılan gənc nəslin vətənpərvərlik tərbiyyəsinin ölçü meyarı, şəhid ailələrinə, şəhid ruhlarına, şəhid məzarlarına qayğıdan başlayır. Ölkə başçımızın şəhid ailələrinə ciddi surətdə qayğı göstərilməsi ilə başlı tapşırıqlarını məmurlar əngəllərlə həyata keçiririlər, və ya göstərşləri icra etmirlər. Qarabağın işğaldan azad edilməsi dövlətin işi və vəzifəsidir. Lakin bizdə vətəndaş olaraq dövlətin bu yolda həyata keçirdiyi planlı işlərə dəstək verməliyik. Şəhidlərimizə və onların ailə üzvlərinə, əsasəndə analarına sahib çıxmaq bizim borcumuzdur.
Adları hələdə əbədiləşdirilməmiş beş nəfər şəhidimiz.
1. Baş leytenet, Həşimli Tural Əbdül oğlu Ordubad rayonu
2. Mayor, Abdullayev Aqşin İsmayıl oğlu Şəki rayonu Kij kəndi
3. Əsgər, Nəzərov Şəhriyar Yaşar oğlu Yardımlı rayonu Peştəsər kəndi
4. MAHX, Qədimov Zülfü Rəhim oğlu Ağdam rayonu Mərzili kəndi
5. Çavuş, Cəfərov Zakir Nazim oğlu Ağdam rayonu Seyidli kəndi
Layihənin icrası üç ay davam edəcəkdir.
Layihənin rəhbəri Əsgərova Zərifə

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı