hemle

HƏRBİ HİSSƏDƏ İDEOLOJİ TƏDBİR KEÇİRİLDİ – VİDEO

Tarix:11-08-2020, 22:23
Baxış Sayı:478

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışlarında orduda ideoloji işin gücləndirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində qarşıya qoyduğu vəzifələrdən irəli gələn tapşırıqların icrası ilə bağlı hərbi hissədə növbəti tədbir keçirilib.

Müdafiə Nazirliyindən ATESH,AZ saytına verilən məlumata görə, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Şəxsi heyətə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çıxışını əks etdirən videoçarx və Azərbaycanın dövlətçilik, hərb tarixindən bəhs edən tarixi xronika təqdim olunub.
Tədbirdə həmçinin “Əsgərə məktub” layihəsi çərçivəsində əsgərlər ailələrinə məktub yazaraq öz arzularını çatdırıblar.

Azərbaycanın Əməkdar artisti Ağalar Bayramovun da iştirak etdiyi tədbirdə Vətənə, Azərbaycan bayrağına, şəhidlərə həsr edilən şeirlər səsləndirilib, Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi konsert proqramları ilə çıxış edib

Digər xəbərlər
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
16:16 Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
16:11 Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları