hemle

AzTV-nin aparıcısını şantaj edən şəxs sabiq kanal rəhbərinin oğludur - FOTO

Tarix:10-08-2020, 15:28
Baxış Sayı:505

Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşını şantaj etdiyi üçün həbs edilən tanınmış televiziyaçının oğludur.

ATESH,AZ saytı KONKRET.az saytına istinadən xəbər verir ki, həbs edilən 1982-ci il təvəllüdlü Yusif Şəfiyev tanınmış jurnalist və teleşərhçi Nadir Şəfiyevin oğludur.

Qeyd edək ki, AzTV-nin xanım əməkdaşı A.S. ilə (ad və soyad şərtidir) bir müddət tanışlıq münasibətində olan bir nəfər aralarındakı münasibətlər sona çatdıqdan sonra həmin xanıma məxsus sosial mediadan və şəxsi profillərindən əldə etdiyi şəkillərini montaj edərək rüsvayedici şəkillər hazırlayaraq qadının özünə göndərib və ondan dəfələrlə müxtəlif məbləğlərdə pullar tələb edib. Tələb etdiyi məbləğdə pulları ona ödəməyəcəyi təqdirdə həmin xanıma məxsus rüsvayedici şəkilləri ictimailəşdirəcəyi ilə hədələyib. Həmin şəxs xeyli miqdarda pulu əldə etdikdən sonra montaj edilmiş şəkilləri “aztvxana” adı ilə açdığı instagram səhifəsində paylaşıb.

Araşdırmalarla həmin şəxs – 1982-ci il təvəllüdlü Şəfiyev Yusif Nadir oğlu barəsində Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə cinayət işi başlanıb. Şəfiyev Yusif Nadir oğlunun törətdiyi cinayət əməli aparılmış ibtidai istintaq zamanı toplanmış sübutlarla tam təsdiq olunduğundan ona cinayət məcəlləsinin həmin maddəsi ilə ittiham elan edilməklə barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Elvin Rüstəmov,
hemlemedia.az

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir